Перейти к содержимому
Home » Bazar həcminin təhlili

Bazar həcminin təhlili

Forex bazarı dünyanın ən böyük maliyyə bazarlarından biridir və hər gün trilyonlarla dollar ticarət edilir. Forex bazarında həcmi anlamaq və təhlil etmək ticarət qərarlarınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Bu dərsdə həcmin nə olduğunu, həcmin növlərini, bazar təhlilində onlardan necə istifadə etmək lazım olduğunu və bu təhlildə hansı vasitəldən istifadə etməyi  nəzərdən keçirəcəyik.

Forex bazarında həcm nədir?

Forex bazarındakı həcmlər müəyyən bir müddət ərzində alınmış və ya satılmış kimi maliyyə alətlərinin (məs. Valyuta cütlərinin) sayını təmsil edir. Həcmi səhmlərin sayı ilə dəqiq ölçülən Fond birjasından fərqli olaraq, Forex-də bazar qeyri-mərkəzləşdirilmişdir və buna görə həcmlər o qədər də aydın deyil. Bununla belə, Forex-də həcmi ölçmək və təhlil etmək üçün treyderlərə faydalı məlumatlar təqdim edə bilən vasitələr var.

Həcmin əsas növləri

Tik həcmi (Tick Volume): Tick həcmi müəyyən dövr ərzində qiymət dəyişikliklərinin (tiklərin) sayını ölçür. Bu, müqavilələrin faktiki sayını əks etdirmir, lakin bazar aktivliyi haqqda təsəvvür yaradır. Dövr ərzində tik nə qədər çoxdursa, deməli aktivlik bir o qədər yüksəkdir. Forex-də tik həcminin analizi, treyderlər arasında nadir istifadə olunan alətdir, lakin eyni zamanda o böyük potensiala malikdir, onun istifadəsi bazarın mümkün dönüş nöqtələrini görməyə və trend dəyişikliklərini əvvəlcədən görməyə imkan verir.

Real həcm (Real Volume):: Real həcm faktiki olaraq alınmış və ya satılan müqavilələrin sayını göstərir. Forex bazarında real həcmlərə çıxış məhduddur, çünki bazar mərkəzləşdirilməmişdir. Bununla belə, bəzi brokerlər müştəriləri üçün faktiki həcmlər haqqında məlumat verirlər.

Mövqe həcmi (Open Interest):: Mövqe həcmi bazarda açıq müqavilələrin (mövqelərin) ümumi sayını ölçür. Bu, bazar əhval-ruhiyyəsini və gücünü təhlil etmək üçün faydalı bir göstəricidir.

Niyə həcmlər təhlil edilir?

Həcm analizi treyderlərə qiymət hərəkətinin nə qədər güclü dəstəkləndiyini anlamağa imkan verir. Həcmlər trendi təsdiq və ya təksib edə bilərlər, onun gücünü və ya zəifliyini göstərməklə. Məsələn, yüksəliş trendində artan həcmlər onun sabitliyini göstərir, həcmin azalması isə onun zəiflədiyini göstərə bilər.

Həcm analizinin əsas metodları

  • 1. Həcm-Qiymət Təhlili (Volume-Price Analysis): Həcmi və qiymət dəyişikliklərini müqayisə etmək treyderə trendin gücü və istiqaməti haqqında təsəvvür yarada bilər. Məsələn, qiymət yüksəlirsə və həcmlər artarsa, bu, yüksəliş trendini təsdiqləyir.
  • 2. Həcm Klasterinin Təhlili (Volume Profile):Həcm Profili müəyyən bir dövr ərzində müxtəlif qiymət səviyyələrində ticarət həcmini göstərən bir vasitədir.. Bu, dəstək və müqavimət səviyyələrini təyin etməyə imkan verir. (şəkil 2)
  • 3. Həcm İndikatorları: On-Balance Volume (OBV), Volume Weighted Average Price (VWAP) kimi müxtəlif indikatorlar var ki, onlar həcm təhlilinə kömək edir və bazara daxil olmaq və ya çıxmaq üçün siqnallar verir. məsələn Divergensiya yarananda, (şəkil 3.) bu zaman qiymət yüksəlir, həcç isə aşağı düşür, və bazarda satış üçün imkan yaranır.
şəkil 2. Volume profil

şəkil 3. Divergensiya

Həcm analizindən istifadə nümunələri

  • Trendin təsdiqi: Əgər qiymət yüksəlirsə və həcmlər artırsa, bu, yüksəliş trendinin gücünü təsdiq edir. Əgər həcmlər azalarsa, bu, mümkün dönüşə işarə edə bilər.
  • Dəstək və Müqavimət Səviyyələrinin müəyyən edilməsi: Müəyyən qiymət səviyyələrindəki həcmlər mühüm dəstək və ya müqavimət səviyyələrini göstərə bilər. Bu, trendin davam etməsinin və ya geri dönməsinin harada mümkün olduğunu müəyyən etməyə imkan verir.
  • Yanlış siqnalların filtr olunması: Həcmin təhlili qiymət hərəkətlərinin düzgünlüyünü təsdiq edərək, yalan siqnalları filtrdən keçirməyə kömək edir.

Həcm təhlili Forex treyderləri üçün vacib bir vasitədir. Həcmi başa düşmək və istifadə etmək sizə bazar hərəkətlərini daha yaxşı başa düşməyə, trendi təsdiqləməyə və yanlış siqnalları filtrdən keçirməyə imkan verir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Вы не можете скопировать содержимое этой страницы