Son illərdə dünyada texnologiyanın sürətli inkişafı maliyyə sistemini də dəyişir. Bu inqilabın əsas hissələrindən biri blokçeyn texnologiyası və onun üzərində qurulmuş kriptovalyutalardır. Bu məqalədə sizə blokçeyn texnologiyası, kriptovalyutaların nə olduğu, necə işlədiyi və niyə bu sahəyə marağın artdığı haqqında sadə və anlaşıqlı bir dildə məlumat verəcəyik.
Blokçeyn nədir?
Blokçeyn – məlumatların təhlükəsiz şəkildə saxlanıldığı və ötürüldüyü bir texnologiyadır. Təsəvvür edin ki, bir dəftər var və orada hər yazdığınız qeyd silinməz və dəyişdirilə bilməz. Bu dəftər isə təkcə sizin yox, dünyanın hər yerində minlərlə insanın kompüterində saxlanılır. Yəni blokçeyn, bir növ, məlumatların saxlanıldığı paylanmış (mərkəzsiz) bir dəftərdir.
Blokçeynin üstünlükləri:
- Təhlükəsizlik: Hər bir məlumat blok şəklində əlavə olunur və əvvəlki bloklarla əlaqələndirilir. Buna görə, saxtalaşdırılması çətindir.
- Mərkəzsiz: Blokçeyn heç bir tək təşkilatın nəzarətində deyil. Bu, onun şəffaflığını artırır.
- Sürət və effektivlik: Əməliyyatlar daha tez və vasitəçisiz həyata keçirilir.
Kriptovalyuta Nədir?
Kriptovalyuta, blokçeyn texnologiyası əsasında yaradılan rəqəmsal pul vahididir. Məsələn, ən məşhur kriptovalyuta Bitcoindir (BTC). Bitcoin 2009-cu ildə yaradılıb və onun əsas məqsədi ənənəvi maliyyə sistemindən kənar bir ödəmə vasitəsi yaratmaq idi.
Başqa məşhur kriptovalyutalara Ethereum (ETH), Binance Coin (BNB) və Cardano (ADA) daxildir. Bu kriptovalyutaların hər biri fərqli texnologiya və imkanlarla təchiz olunub.
Kriptovalyutalar necə işləyir?
Kriptovalyutalar blokçeyn üzərində işləyir. Siz bir ödəniş edəndə, əməliyyat bir blokda qeyd olunur və blokçeynə əlavə edilir. Bu əməliyyat mərkəzsiz bir sistemdə təsdiqləndiyi üçün daha təhlükəsizdir.
Niyə Kriptovalyutaya Maraq Artır? Bu son ildə daha da kütləvi bir hal alaraq pik həddə çatıb. Bunun bir neçə səbəbi vardır:
- Azadlıq və nəzarət
- Kriptovalyutalar vasitəçisiz işlədiyi üçün banklara ehtiyac yoxdur. İnsanlar öz maliyyələrinə tam nəzarət edə bilirlər.
- Yatırım fürsətləri
- Bir çox insan kriptovalyutaları bir investisiya vasitəsi kimi görür. Bitcoin, məsələn, ilk dövrlərdə bir neçə dollara alınıb-satılırdı, indi isə onun dəyəri minlərlə dolları keçib.
- Dünyada qəbul edilməsi
- Artıq dünyanın bir çox ölkəsində və şirkətində kriptovalyutalar ödəniş vasitəsi kimi qəbul edilir.
- Yeni texnologiyalar və layihələr
- Blokçeyn texnologiyası yalnız maliyyə sahəsində deyil, səhiyyə, logistika, təhsil kimi bir çox sahədə inqilabi dəyişikliklərə səbəb olur.
Kriptovalyutaların Gələcəyi
Blokçeyn texnologiyası və kriptovalyutalar yaxın gələcəkdə daha da geniş yayılacaq(!). Bəzi dövlətlər artıq öz rəqəmsal valyutalarını hazırlayır. Həmçinin, dünyada blokçeyn əsaslı layihələr artmaqda davam edir.
Kriptovalyutalar yalnız bir maliyyə aləti deyil, həm də texnoloji yeniliklərin simvoludur. Əgər siz də bu inqilabın bir hissəsi olmaq istəyirsinizsə, indi başlamağın tam vaxtıdır>>>.
Kriptovalyutaya necə başlamaq lazım olduğunu isə buradan öyrənə bilərsiniz!