Valyuta cütləri Forex bazarında əsas ticarət alətidir. Onlar bir valyutanın digərində ifadə olunduğu iki valyutanın birləşməsidir. Valyuta bazarında iştirak edən treyderlər və investorlar üçün valyuta cütlərinin formalaşmasını başa düşmək çox vacibdir.
Valyuta və valyuta cütlükləri
Hər bir Forex valyutasının beynəlxalq standartlarda nəzərdə tutulmuş öz qısaldılmış adı var. Üç hərfin birləşməsinən ibarət olur. Məsələn hamının tanıdığı USD , United States Dollar sözündən əmələ gəlib.
Forex valyutalarının bu cür işarələnməsi valyuta cütlərinin tərkibi və məzənnəsi haqqında məlumatı görməyi asanlaşdırır. Valyuta nisbəti təyin edilir və belə görünür:
Ümumiyyətlə, bütün bu terminologiyanın praktikada çox mənası yoxdur,çünki zaman keçdikcə bu detallara varmadan Forex valyuta cütlərinin adına alışırsınız. Bir qayda olaraq, bütün məlumat lövhələrində, eləcə də veb-saytların bölmələrində və telekanallarda onu kəsr şəklində, yəni “/” işarəsindən istifadə etməklə göstərilir. Bəzən valyuta cütünün adı birləşik olaraqda yazılır, məsələn EURUSD.
USD (Amerika dolları): Hər yerdə qəbul edilən ən ümumi və təhlükəsiz valyuta. Bazar əsasən onun perspektivlərinin qiymətləndirilməsindən asılıdır.
EUR (avro): Avrozonada istifadə edilən ikinci ən çox yayılmış valyuta. İxrac yönümlü ölkələr üçün avro vacibdir.
GBP (İngilis funtu): Böyük Britaniyanın əsas valyutası. Funt ilə valyuta cütləri çevikdir və riyazi analiz tərəfdarları arasında çox populyardır.
CHF (İsveçrə frankı): Az hərəkətli, əsasən kapitalın qorunması üçün istifadə olunan valyutadır. Qlobal iqtisadiyyat və geosiyasi gərginlik fonunda franka maraq artır.
JPY (Yapon yeni): Franka bənzər üçüncü ən böyük pul vahidi. Yen ilə valyuta cütləri çox aktivdir və yüksək dalğalanmalar olur.
CAD (Kanada Dolları): Neftin qiymətindən asılıdır və onunla güclü korrelyasiyadadır. Enerji qiymətlərinə çox həssasdır.
AUD və NZD (Avstraliya və Yeni Zelandiya dolları): Sakit okean regionunun valyutaları. Adətən sabitdir, uzun müddətli artım və ya azalma dövrləri olur.
RUB (Rusiya rublu): Çox populyar deyil, dövriyyəsi azdır. Sanksiyaların və siyasi qərarların təsirinə məruz qalır. Qəfil dəyişikliklər səbəbindən məzənnəni təhlil etmək çətindir.
Indi isə baxaq görək Forex-də əsasən hansı valyutalarla əməliyyatlar aparılır: USD və EUR ilə ifadə olunan valyuta cütləri. Bu onunla bağlıdır ki, yüksək dövriyyə — yüksək likvidlik verir. Likvidlik deyərkən hər bir qiymətdə, böyük həcmdə təklifin və tələbin olması başa düşülür. Sadə dillə desək, bu, satıcıların və alıcıların sayıdır. Onlar hər iki tərəfdə nə qədər çox olsalar, valyuta cütlükləri qəfil hərəkətlətə bir o qədər az məruz qalacaqr. Ümumiyyətlə, bu iki tərəf arasında balansın dəyişməsi məzənnənin hərəkətinin əsas səbəbidir.