Перейти к содержимому
Home » Foreksdə demo-hesab anlayışı

Foreksdə demo-hesab anlayışı

Demo hesab virtual pulu olan virtual hesabdır, real hesabla demək olar ki, tamamilə eynidir. Bu hesab vasitəsilə ticarət edərkən, siz tamamilə heç bir riskə məruz qalmırsınız. Lakin bu hesabdakı qazanc da virtualdır. Demo hesabı sizə ticarətdə iştirak etməyə imkan verir. Bu, adi ticarətlə tamamilə eyni olan bir prosesdir. Yəni eyni ticarət terminalı, eyni məzənnələr və mənfəət və ya zərərin hesablanması. Yeganə fərq pulun real olmamasıdır.

Real və demo hesabın qiyməti və kotirovkaları bəzən müxtəlif brokerlər arasında bir qədər fərqlənə bilər. Bu, demo hesabların daha aşağı prioritetdə işlənməsi ilə əlaqədardır.

Demo hesabın açılması (real nümunə)

Deməli biz əvvəlcə Brokerin saytına buradan keçid edirik >>>https://my.roboforex.com/en/register/<<<

Qarşınızda tələb olunan xanaları doldurmağı təklif edən bir anket formasını görəcəksiniz. Gələcəkdə işinizdə heç bir çətinlik olmaması üçün dürüst məlumat vermənizi tövsiyyə edirəm:

Məlumatı düzgün doldurub göndərdikdən bir neçə saniyə sonra, şəxsi kabinetinizə yönləndiriləcəksiniz.

Qeydiyyat zamanı göstərdiyiniz email-ə, 2 məktub gələcək, onlardan birində sizin qeydiyyat məlumatlarınız olacaq. Yəni sizin şəxsi kabinetinizə giriş üçün login və password (ən əsas məlumatdır, onu qoruyun!) , həmçinin sizin üçün avtomatik açılmış real-hesabın da login və passwordu orada olacaq. Amma bizim hələ ki, real hesabla işimiz yoxdur, o sadəcə default olaraq açılmış hesabdır(!), odur ki, onu yaddan çıxarın. İkinci məktubda isə email poçtunuzu təsdiqləmək üçün link var, o linkə girərək qeydiyyatı təsdiqləmək lazımdır.

İndi isə, Şəxsi kabinetinizdə «Accounts» bölməsinə girib Demo account düyməsinə vururuq.

Burada gördüyünüz kimi, sizin hesabın tipi (account type), kredit çiyni (leverage) və başlanğıc depozit (Start deposit) görünəcək. Leverage və başlanğıc depoziti istədiyimiz kimi seçə bilərik. Yuxarıda mən 1:100 kredit çiynini seçmişəm və başlanğıc depozit default olaraq 10000 usd idi amma mən onu dəyişmədim. Sonra «Confirm» düyməsinin üzərinə vurub növbəti səhifəyə yönlənirik.

Gördüyünüz kimi demo hesabımız artıq hazırdır. Yuxarıda qeyd qeyd olunan məlumatları yadda saxlayırıq. Burada sizin terminala daxil olmaq üçün demo hesabınızın nömrəsipasswordu, həmçinin serverin adı (account type) qeyd olunub. Növbəti addım «Download terminal» düyməsinin üstünə vurub, metatrader 4 platformasını yükləmək üçün növbəti səhifəyə keçməkdir.

Burada gördüyünüz kimi həm smartfon üçün həmdə kompyuter üçün nəzərdə tutulmuş metatreder-4 versiyaları var. Mən kompyuter üçün nəzərdə tutulmuş versiyanı seçmişəm. «Download» düyməsinə vurub, MetaTrader 4 terminalını yükləyirik. Yüklənmiş exe faylını quraşdırmağa başlayırıq. Quraşdırma prosesi zamanı bütün şərtlərlə razılaşırıq.

Sonra Metatrader 4 pəncərəsini ilk açdıqda siz terminalda avtorizasiya etmək üçün, yuxarıdakı şəkildə göstərildiyi kimi, «Existing trade account» seçməlisiniz və demo hesabınıza giriş məlumatınızı daxil etməlisiniz, yəni login, password və server. Sonra yenə «Далее» vuraraq, terminala girişi yekunlaşdırırsınız. Gördüyünüz kimi demo hesab açmaq elədə çətin bir proses deyildir.

Demo hesabın mənfi cəhətləri

Yeni başlayan treyderlər bəzən gileylənirlər ki, demo hesabda hər şey əla alınır, mənfəətlə çıxıram, amma real hesaba gəldikdə isə ziyanda oluram həmişə. Buna görədə çox vaxt şübhədə olurlar ki, demo hesab real hesabdan fərqlidir yəqin. Əslində isə dostlar, bunun bir neçə səbəbi vardır:

  1. Psixoloji amil. Demo hesabda ticarət edərkən real pulla bağlı heç bir təzyiq və stress yoxdur. Yəni,Treyderlər tez-tez real hesablardakı ticarət nəticələrinə təsir edən itki və ya tamah qorxusu olmadan sakit və obyektiv qərarlar qəbul edirlər.
  2. Real Riskin olmaması. Demo hesabı ilə treyderlər real pullarını riskə atmırlar. Bu da onlara daha aqressiv olmağa və müxtəlif strategiyaları sınaqdan keçirməyə imkan verir. Amma real hesabda bu cür risklər həddindən artıq ehtiyatlı ticarətə və ya orderlərin vaxtından əvvəl bağlanmasına gətirib çıxarır.
  3. Bazar haqqında yanlış təsəvvür. Demo hesabda uzun müddət qalmaq treyderə yalançı təhlükəsizlik və güvən hissi verə bilər. Həqiqi hesaba keçərkən isə, onlar gözlənilməz çətinliklər və stresslə qarşılaşa bilərlər ki, bu da marağın sürətlə itirilməsinə və ticarətdən imtinaya səbəb ola bilər.

Yaddan çıxarmayaq ki, hər hansı bir itirilən depozit, emosional iz buraxır. Və nə qədər çox olarsa, təsiri də bir o qədər güclü olacaqdır. Sonda,bəziləri bu ticarətin bir iş növü kimi ona uyğun olmadığına qərar verir, bəziləri isə öz səhvlərindən dərs alaraq, inkişaf etməyə davam edirlər.

Метки:

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Вы не можете скопировать содержимое этой страницы