Salam, Forex treyderləri! Marja Forex bazarında treyderlərin qarşılaşdığı əsas anlayışlardan biridir. Marja nədir? Bu, kredit çiynindən istifadə edərək bazarda ticarət etməyə, həmçinin risklərə nəzarət etməyə və investisiyalarınızı idarə etməyə imkan verən xüsusi mexanizmdir. Lakin kifayət qədər böyük dövriyyə yaratmaq üçün bizə xeyli ilkin kapital lazımdır. Burada bizə marja ticarəti prinsipi, yəni müəyyən girov (və ya marja) qarşılığında götürülmüş borc vəsaitləri ilə ticarət kömək edir. Marja — treyderin bazarda mövqeləri açmaq və saxlamaq üçün hesabında olması lazım olan pul məbləğidir. O, brokerinizə əməliyyatlar üzrə öhdəliklərinizin yerinə yetiriləcəyinə dair maliyyə zəmanəti verir. Marja həmçinin leverecdən(krefit çiynindən) istifadə etməyə imkan verir, yəni öz kapitalınızdan daha çox məbləğdə ticarət edə bilərsiniz. Məsələn, hesabınızda 1000 dollar varsa və brokeriniz sizə 100:1 leverage verirsə, siz 100.000 dollar həcmində ticarət edə bilərsiniz.
Bazardan və qəbul edilən risklərdən asılı olaraq, müxtəlif şirkətlər öz kredit şərtlərini təklif edə bilərlər. Adətən, Forex-də leverage 1:50 ilə 1:500 arasında dəyişir bəzi brokerlər daha böyük kredit çiyni təklif edir. Müvafiq olaraq, leverage(kredit çiyni) nə qədər böyükdürsə, eyni ölçülü mövqe açmaq üçün bir o qədər az girov tələb olunur.
Terminalda dəyər qrafaları
Ticarət terminalında (istər metatrader 4, istərsə də metatrader 5), Balans(Balance), ekviti(equity) və açıq mövqelər üçün ümumi marja dəyəri ilə yanaşı, siz sərbəst marja (free marja) və cari Marja səviyyə(marjin level) dəyərinidə görə bilərsiniz.
Hesab balansı (Balance): Bu, müəyyən bir zamanda hesabınızda olan pulun ümumi məbləğidir.
Ekviti (Equity): Ekviti balansınızın və bütün açıq mövqelərin cəmi kimi hesablanan hesabınızın cari dəyəridir. Başqa sözlə, bu sizin Balans, plyus və ya minus acıq mövqelərinizdəki mənfəət və zərər. Ekviti (Equity) müəyyən vaxtda hesabınızın həqiqi dəyərini əks etdirir və bazarda maliyyə vəziyyətinizi qiymətləndirmək üçün əsas göstəricidir.
Sərbəst marja «SM» (Free Margin)- hesabınızda yeni mövqelər açmaq üçün istifadə edilə bilən mövcud vəsaitdir.. SM sizin Ekviti ilə açıq mövqelər üçün bloklanmış marja arasındakı fərq kimi hesablanır. Sərbəst marja ticarətinizi idarə etməyə və leverajdan istifadə etməyə imkan verir. SM = Ekviti-Marja
Marja səviyyəsi
Marja səviyyəsi (marjin level)- hesabınızın marja çağırışından nə qədər qorunduğunu göstərən faizdir. Sərbəst marjanın (ticarət üçün mövcud vəsait) istifadə edilmiş marjaya (açıq mövqelər üçün kilidlənmiş vəsait) nisbəti kimi hesablanır və faizlə ölçülür. Bu göstərici sizə riskləri idarə etməyə və müvafiq ticarət qərarları qəbul etməyə kömək edir.
Marja səviyyəsini hesablamaq üçün formula aşağıdakı kimidir:
Marja Səviyyəsi(marjin level)=Sərbəst Marja/İstifadə edilmiş Marja×100%
İki əsas marja limit səviyyəsini yadda saxlamaq lazımdır — Margin Call və Stop Out.
- Margin Call: Marja zəngi hesabınızdakı marja səviyyəsi müəyyən səviyyəyə, adətən 100%-ə yaxın düşdüyü zaman brokerinizin sizə göndərdiyi xəbərdarlıqdır. Bu xəbərdarlıq göstərir ki, sizdə çox az sərbəst marja qalıb və siz maliyyə vəziyyətinizi yaxşılaşdırmaq üçün addımlar atmalısınız. Məsələn, hesaba əlavə vəsait qoyun və ya bir neçə açıq mövqeyi bağlayın. Əgər Marja Zənginə cavab verməsəniz, brokeriniz hesabınızı gələcək itkilərdən qorumaq üçün avtomatik olaraq mövqelərinizi bağlamağa başlayacaq.
- Stop Out hesabınızdakı marja səviyyəsi kritik səviyyəyə çatdıqda, açıq mövqelərinizin broker tərəfindən avtomatik bağlanmasıdır. Adətən, Stop Out səviyyəsi təxminən 20% və ya daha az olanda baş verir. Bu, Marja Zənginə (Margin Call) cavab verə bilmədiyiniz və maliyyə vəziyyətinizi yaxşılaşdırmadığınız halda baş verir. Stop Out hesabınıza əlavə itkilərdən qaçmağa və kapitalınızı qorumağa kömək edir. Və Burada girovla ticarətin təhlükəsi meydana çıxır. Broker öz vəsaitlərini itirmək niyyətində deyil və siz minusa keçməmişdən əvvəl mövqelərinizi bağlayacaq.
Bir qayda olaraq, kapital əgər düzgün idarə edilərsə bu şeylər baş verməməlidir. Təcrübəsiz treyderlərin tipik səhvi — yüksək leverage ilə çox böyük əməliyatlar açmaqdır. Bu səbəbdən, hətta məzənnədə cüzi dəyişikliklər demək olar ki, dərhal Margin Call-a səbəb olur. Həmçinin, yeni başlayanlar tez-tez Stop loss təyin etməyi unudurlar. Buna görə də mənfiyə qədər olan mövqelərin Stop Out-la bağlanmaq şansı çoxdur.
Maksimum lotun hesablanması
Leverajın (kredit çiyninin) ölçüsü birbaşa açılış üçün mövcud olan maksimum mövqe həcminə təsir göstərir. Tutaq ki, siz USDCHF-də yeni mövqe açmaq istəyirsiniz.
Gəlin bu hesablamanı dəqiqləşdirək.
1. Mövcud vəsaitimiz: Hesabınızda 10.000 dollar var.
2. leveraj (kredit çiynini) 1:100 nəzərə alsaq: Bu leverage ilə siz hesabınızdakı hər dollardan 100 dollar ticarəti üçün girov kimi istifadə edə bilərsiniz.
3. Bir standart lot üçün girovu hesablayın: Standart lot 100 000 dollardır, bu o deməkdir ki, bir lot açmaq üçün sizə depozit kimi 1 000 ABŞ dolları lazımdır (100 000 / 100).
4. Lotların maksimum sayını hesablayın: Mövcud vəsaiti bir lot üçün depozitə bölün. Sizin vəziyyətinizdə bu, hər lot üçün 10 000 dollar / 1 000 dollar = 10 lotdur.
Buna görə də, 1:100 leverage ilə aça biləcəyiniz lotların maksimum sayı 10 lotdur. Fərqli alətlər üçün bir lotun qiymətidə fərqli olacaq. Forex-də bir lotun dəyərini hesablamaq üçün cütün baza valyutasını depozit valyutasına gətirmək kifayətdir.