Qrafik analiz treyderlər tərəfindən maliyyə bazarlarını təhlil etmək üçün istifadə olunan əsas metodlardan biridir. O,gələcək qiymət hərəkətlərini proqnozlaşdırmaq üçün qrafiklər şəklində təqdim olunan tarixi məlumatların öyrənilməsi və şərhinə əsaslanır. Bu dərsdə biz qrafik analizin əsas komponentlərini ətraflı nəzərdən keçirəcəyik: trend xətləri, kanal quruluşu, horizontal səviyyələr, pattern və modellər, həmçinin qrafik təhlilin müsbət və mənfi cəhətlərini müzakirə edəcəyik.
Trend xətti qrafik analizin əsas komponentlərindən biridir, bazarın istiqamətini müəyyən etmək üçün sadə, lakin güclü vasitədir. Trend — qiymətin yuxarı və ya aşağı istiqamətli hərəkətidir. Xəttlər qrafikdə ardıcıl qiymət minimumu və ya maksimumu vasitəsilə çəkilir və treyderlərə trend istiqamətini, dəstək və müqavimət səviyyələrini müəyyən etməyə kömək edir. Trendlərin üç əsas növü var: yüksəliş trendi, eniş trendi və yan trend (flet).
Beləliklə, trend xətləri bazarda mövcud trend çərçivəsində lokal ekstremumları birləşdirən xətlərdir.
Trend xəttinin çəkilməsi:
Trend xətti çəkərkən qrafik diqqətlə təhlil olunmalı, xəttin keçəcəyi əsas nöqtələr müəyyən edilməlidir. Bu, bacarıq və təcrübə tələb edir, çünki birləşdiriləcək nöqtələr düzgün seçilməlidir ki, trend xətti bazarın faktiki istiqamətini əks etdirsin.
Trend xətlərinin tətbiqi
Trend xətləri maliyyə bazarlarında ticarətdə mühüm rol oynayır. Onlar treyderlərə ticarətə nə vaxt girib-çıxacaqlarını müəyyənləşdirməyə, həmçinin riskləri idarə etməyə kömək edir. Məsələn, treyderlər stop-loss və profit səviyyələrini müəyyən etmək üçün trend xətlərindən istifadə edə bilərlər. Bu, itkiləri minimuma endirməyə və uyğun nöqtələrdə mənfəət götürməyə imkan verir. TREND XƏTTLƏRİ haqqında daha ətraflı >>>
Kanalın qurulması
Qrafikdəki kanal qiymətin minimum və maksimum nöqtələri ilə çəkilmiş iki paralel xətt ilə məhdudlaşan sahədir. Kanallar müəyyən diapazonda qiymət hərəkətinin sərhədlərini müəyyən etməyə kömək edir və cari bazar dinamikası haqqında görüntü yaradır. Kanalların üç əsas növü var: yuxarı, aşağı axın və horizontal.
Kanalların qurulması üçün, kanalın faktiki bazar hərəkətini əks etdirməsi üçün nöqtələri düzgün müəyyən etmək vacibdir. Artan kanal qiymət artımını, azalan kanal isə enişi, horizontal (üfüqi) kanal isə yan hərəkəti göstərir.
Kanalların tətbiqi
Kanallar treyderlərə ticarət üçün mümkün giriş və çıxış nöqtələrini müəyyən etməyə kömək edir. Treyderlər kanal sərhədlərində mövqelər aça və qiymət əks sərhədə çatdıqda qazanc əldə edə bilərlər. Kanallar həmçinin stop loss və profit səviyyələrini təyin etməklə riski idarə etməyə kömək edir.
Horizontal (Üfüqi) səviyyələr
Üfüqi səviyyələr qrafik təhlilinin əsas elementləridir, çünki onlar diaqramda mühüm dəstək və müqavimət səviyyələrini müəyyən etməyə kömək edir. Bu səviyyələr qiymətin dəfələrlə dayandığı və tərsinə çevrildiyi qiymətin tarixi minimum və maksimum nöqtələrindən çəkilmiş üfüqi xətlərdir. Bu səviyyələr diaqramda əsas dəstək və müqavimət nöqtələrini müəyyən etməyə kömək edir.
1. Dəstək səviyyələri: Dəstək səviyyəsi qiymətin düşərkən dəfələrlə dəstək tapdığı səviyyədə formalaşır ki, bu da bu həmin səviyyədə alışa marağın olduğunu göstərir.
2. Müqavimət səviyyələri: Müqavimət səviyyəsi, qiymətin qalxarkən dəfələrlə müqavimətlə qarşılaşdığı diapozonda formalaşır ki, bu da həmin səviyyədə satışa marağın olduğunu göstərir.
Üfüqi səviyyələr ticarətdə mühüm rol oynayır, çünki onlar da həmçinin treyderlərə ticarət üçün mümkün giriş və çıxış nöqtələrini müəyyən etməyə kömək edir. Treyderlər dəstək və müqavimət səviyyələrindən sıçrayışlarla mövqelərə girə və qiymət əks səviyyəyə çatdıqda profit əldə edə bilərlər. Üfüqi səviyyələr həmçinin stop-loss və profit səviyyələrini götürməklə riski idarə etməyə kömək edir. Dəstək və Müqavimət səviyyələri haqqında daha ətraflı burada oxuya bilərsiniz >>>
Pattern və Modellər
Pattern və modellər, treyderlərə gələcək qiymət hərəkətlərini proqnozlaşdırmağa kömək edən qrafikdə təkrarlanan fiqurlardır. Çox sayda müxtəlif pattern və modellər var ki, iki əsas kateqoriyaya bölünürlər: geridönüş və davam fiqurları
Geridönüş fiqurları
Geridönüş patternləri bazar istiqamətində mümkün dəyişiklikləri müəyyən etmək üçün əsas alətlərdəndir. Onlar cari trenddə mümkün dəyişikliyə işarə edir, davam fiqurları isə cari trendin davamını göstərir. Geridönüş fiquları treyderlərə cari tendensiyanın nə vaxt bitəcəyini və əks istiqamətdə yeni bir tendensiyanın başlayacağını proqnozlaşdırmağa kömək edir. Geridönüş patternlərdən «hammer» (çəkic) fiqurunu misal göstərmək olar:
Çəkicə oxşadığı üçün ona bu ad verilmişdir.
Davam fiqurları
Davam patternləri treyderlərə cari tendensiyanın qısamüddətli konsolidasiya və ya korreksiyadan sonra davam edəcəyini müəyyən etməkdə kömək edir. Bu fiqurlar treyderlərə trendin dəyişməz qalacağına inam verir və ticarət üçün giriş və çıxış nöqtələrini müəyyənləşdirməyə kömək edir.
Treyderlər modelin formalaşması başa çatdıqdan sonra mövqe açıb və qiymət hədəf səviyyəyə çatdıqda mövqeni bağlayıb mənfəəti əldə edə bilərlər. Patternlər həmçinin stop loss və teyk profit xəttlərini qurmaqda və bununlada riski idarə etməyə kömək edir.
Qrafik analizinin müsbət və mənfi tərəfləri
Müsbət tərəfləri
1. İstifadəsi asandır: Qrafik analiz hətta təcrübəsiz treyderlər üçün əlçatandır və mürəkkəb riyazi hesablamalar tələb etmir. Bu səbəbdən bazara təzəcə gəlmiş bir çox treyderlər ilk ticarət addımlarını atarkən məhz qrafik analizdən istifadə edirlər.
2. İntuitiv qavrayış: Qrafiklər və modellər vizual olaraq asanlıqla yadda qalır, bu da təhlil prosesini asanlaşdırır.
3. Universallıq: Qrafik analiz bütün maliyyə bazarlarında və taymfreymlərdə istifadə olunur.
4. Əsas səviyyələrin müəyyən edilməsi. Mühüm dəstək və müqavimət səviyyələrini, bazara giriş və çıxış nöqtələrini müəyyən etməyə kömək edir.
5. Risklərin idarə edilməsində kömək. Qrafik təhlil treyderlərə stop loss və teyk profiti səviyyələrini qurmaqda kömək edir ki, bu da risklərin daha effektiv idarə edir.
Minuslar tərəfləri
1. Subyektivlik: Qrafiklərin və nümunələrin şərhi subyektiv ola bilər və treyderin təcrübəsindən asılı olacaqdır.
2. Gecikmiş siqnallar. Bəzi Patternlər və modellər gecikmiş siqnallar yarada bilər ki, bu da buraxılmış imkanlara səbəb olur.
3. Dəqiq proqnozların olmaması. Qrafik analiz dəqiq proqnozlara zəmanət vermir və başqa analiz üsullarıyla birlikdə tətbiq olunması məsləhət görülür.
4. Xarici amillərin təsiri. Bazar hadisələri və xəbərlər qiymətlərin hərəkətinə əhəmiyyətli dərəcədə təsir edir, dəqiq proqnozları çətinləşdirir.
5. Aşağı likvidli bazarlarda səmərəsiz olması. Belə bazarda, qrafik analiz yüksək volatillik və təsadüfi qiymət dəyişmələri səbəbindən yanlış siqnallar verə bilər.