Günbəgün valyuta bazarı və ümumilikdə birja getdikcə daha çox insanı cəlb edir. Valyuta cütləri ilə ticarətin yaranmasından bəri birjada ticarət dövriyyəsi davamlı olaraq artmaqdadır. Artıq Forex, fond bazarını bir neçə dəfə üstələyib. Bu gün ticarət həcmi gündəlik trilyonlarla dollara çatır və hər il böyüməyə davam edir. Növbəti onilliyin əvvəlində bu rəqəmin 10 trilyon olacağı gözlənilir. Bazarın böyüməsi ilə yanaşı, insanlar da birjanın təhlilinin ən populyar metodları haqqında öyrənməyə başlayırlar, hansı ki bunu əvvəllər çox az adam bilirdi.
Bazar anlayışı
Forex bazarında pul qazanmaq üçün, bazarda nə baş verdiyini başa düşməyi öyrənməlisiniz. Birjaya yeni gələnlər, qrafiklərə baxarkən çox vaxt iki nəticədən birinə gəlirlər:
- «Burada hər şey tamamilə anlaşılmazdır, xaosdur, qiymətin hərəkətini başa düşmək olmur «: Bu təəssürat demo hesabda ticarət etməyə cəhd etdikdən sonra yaranır. Baxırsan ki, bazar istiqamətə qərar verib və siz sifariş orderi aça bilərsiniz bilərsiniz, lakin sifariş açıldıqdan dərhal sonra qiymət əks istiqamətdə hərəkət etməyə başlayır. Bu zaman bir çox insanda foreksdə saxtakarlığın olması, saxta məzənnələr və brokerin vicdansız davranışı haqqında düşüncələri yaranır. Demək olar ki, bütün yeni başlayanlar bu yolu keçir – çünki günahkar tapmaq, bilik almaqdan, özünü inkişaf etdirməkdən daha asandır. Bu adi psixologiyadır, lakin bu mərhələdə Forex bazarını öyrənməyə, başa düşməyə və təhlil etməyə hazır olmayanlar sıradan çıxır.
- “Burada hər şey çox sadədir, mən burada alıb burada satacam və indi pul qazanmağa başlayacağam”:Əvvəlcə sizdə səhv təəssürat yarana bilər ki, bazar sadədir, bütün dönüşlər göz qabağındadır və sadəcə onları görmək lazımdır. Növbəti mərhələdə yaxşı olardı ki hesabınız real yox, demo hesabı olardı, çünki çox güman ki, bundan əvvəlki ssenari təkrarlanacaq.
Bazar səs-küyü və vaxt çərçivələri (timeframe)
Dəqiqə cədvəlinə baxsanız, yuxarı-aşağı dalğalanmaların ardıcıllığı, məntiqi və mənası olmadığını düşünə bilərsiniz. Həqiqətən 5-10 punkt daxilində çoxlu sayda avtomatlaşdırılmış ticarət sistemlərinin (məsləhətçilərin) yaratdığı bazar səs-küyünü müşahidə etmək olar. Müvafiq təcrübəniz yoxdursa, Forex bazarını kiçik zaman çərçivələrində təhlil etmək mənasızdır.
Foreksdə təhlilin məqsədi
Forex bazarının təhlilinin məqsədi qeyri-müəyyənliyi minimuma endirmək və ticarət üçün dəqiq qaydalar və alqoritmlər hazırlamaqdır. Bütün Forex bazarının təhlili fəaliyyətlərinin son məqsədi ticarət sistemi yaratmaqdır. Bu, ya tamamilə treyderin özünə məxsus olan bir sistem ola bilə, ya da ki treyder üçün ən uyğun analiz alətlərinin toplusu ola bilər. Həmçinin treyderlər hazır ticarət sistemlərindən istifadə edə bilər, belə sistemlər həm pulsuz ola bilər, həmdə müxtəlif qiymətlərlə satışda ola bilər. Nə qədər effektiv olmasını artıq araşdırmalısınız, rəyləri oxumalısınız
Forex bazarında təhlilin növləri
1. Fundamental təhlil
— **Təsviri**: ÜDM, inflyasiya, faiz dərəcələri, siyasi sabitlik kimi iqtisadi və maliyyə göstəriciləri əsasında.
— **Müsbət tərəfləri**: Uzunmüddətli tendensiyaları anlamağa kömək edir, qlobal iqtisadi dəyişiklikləri proqnozlaşdıra bilir.
— **Mənfi tərəfləri**: Böyük həcmdə məlumat tələb edir, çox əmək tələb edir və həmişə qısamüddətli ticarət üçün uyğun deyil.
2. Texniki təhlil
— **Təsviri**: Qrafiklərdən və texniki indikatorlardan (Moving Average, RSI, MACD və s.) istifadə edərək, qiymətlər və ticarət həcmləri haqqında tarixi məlumatların öyrənilməsinə əsaslanır.
— **Müsbət tərəfləri**: Qısa və orta müddətli ticarət üçün uyğundur, bazar dəyişikliklərinə tez reaksiya verməyə imkan verir.
— **Mənfi tərəfləri**: İqtisadi xəbərlər və hadisələr kimi fundamental faktorları nəzərə almaya bilər.
Texniki təhlilin növləri
**İndikator Analizi** — Müəyyən dövr üçün qiymət məlumatlarını emal etmək üçün riyazi ardıcıllıqlardan istifadə edir.
**Qrafik analiz** — qrafik formasiyalar şəklində diaqramdakı məlumatların təfsiri və onlarda təkrarlanan nümunələrin (patternlər) müəyyən edilməsidir.
**Dalğa analizi** — Bazar haqqında dərin bilik və çoxlu sayda qayda və parametrlərlə işləmək bacarığı tələb edən mürəkkəb nəzəriyyə.
3. Həcm analizi
— **Təsviri**: Böyük bazar hərəkətlərini müəyyən etmək üçün ticarət həcminin ölçülərini və treyderlərin maraqlarını qiymətləndirir.
— **Müsbət tərəfləri**: Sizə əsas oyunçuların bazara daxil olmasını və kapitalın hərəkətinin əsas istiqamətlərini görməyə imkan verir.
— **Mənfi tərəfləri**: Anlamaq çətindir, lakin zaman keçdikcə təsdiq siqnalları və ya filtrlər təqdim etməklə istənilən ticarət sisteminin tərkibinə əlavə etmək olar.
və sonda…
Forex bazarının təhlili bilik və təcrübə tələb edən mürəkkəb və çoxşaxəli prosesdir. Fundamental, texniki və həcm analizini bir yerdə istifadə etmək treyderlərə daha çox məlumat əldə etmək imkanı verir ki, bu da öz növbəsnidə qərar qəbul etməyə və riskləri azaltmağa kömək edəcəkdir. Bununla belə, bütün səylərə baxmayaraq, Forex ticarəti həmişə yüksək dərəcədə qeyri-müəyyənliklə əlaqələndirilir və hər bir treyder mümkün itkilərə hazır olmalıdır.