Перейти к содержимому
Home » Forex-də ticks(«point») və pips anlayışı

Forex-də ticks(«point») və pips anlayışı

Forex-in maliyyə dünyası yeni başlayanlar üçün çaşqın və anlaşılmaz görünə bilər. Ətrafda bəzən anlaşılmaz terminlər eşidirik,tv-də ya internetdə xəbərlər saytlarında ,məsələn «Dow Jones indeksi bir neçə bənd (pips) düşüb və ya qalxıb». Ancaq narahat olmayın, biz sizə bazar dinamikasını başa düşməyinizdə mühüm rol oynayan əsas terminlərdən tick və pips haqqında danışacayıq.

Forexdə Tick nədir?

Tick(«point») Forex-də valyuta cütünün qiymətində minimum dəyişiklikdir. Bu, real vaxtda baş verən və qrafiklərdə göstərilən qiymət yeniləməsidir. Tiklər Pipslərlə ölçülür ölçülür və bazarda baş verən ən kiçik qiymət hərəkətlərini təmsil edirlər yəni məzənnədə ən axrıncı dəyişən rəqəmdir.

GBP/USD qiymətinin 1.33200-dən 1.33201-a keçdiyini görsəniz, bu onu göstarir ki bir tik (tick) dəyişiklik baş verdi. Tiklər xüsusilə qısamüddətli treydinqlə məşğul olan treyderlər üçün vacibdir, çünki onlar bazarda ani dəyişiklikləri əks etdirə bilir və treyderlərə tez reaksiya verməyə imkan verir.

Misal:
Əgər siz AUD/USD üzrə 0,7500-də mövqe açmısınızsa və sonra qiymət 0,7501-ə yüksəlirsə siz mövqeni bağlayırsınızsa, bu, bir tik qazandığınız deməkdir.

Forex-də pips nədir?

Pips-də (bənd) həmçinin Forex bazarında qiymət dəyişikliyidir, lakin daha geniş məna daşıyır. Pips adətən dördüncü onluq yerində ölçülür və valyuta cütlərinin qiymətlərindəki dəyişikliklər üçün əsas ölçü vahididir. EUR/USD məzənnəsinin 50 bənd artdığını eşidəndə bu, qiymətin 50 bənd yuxarı və ya aşağı hərəkət etdiyini bildirir.

Piplər ticarətdə mənfəət və ya zərəri ölçmək üçün daha çox istifadə olunur. Treyder bazarda mövqeyini bağladıqda, mənfəət və ya zərər pipslə hesablanır. Pipslərin necə hesablanacağını başa düşmək riski effektiv idarə etmək və ticarət zamanı düzgün qərarlar qəbul etmək üçün açardır. bu haqqda ayrıca dərslərdə daha geniş danışacağıq

Misal:
Siz GBP/JPY üzrə 150.000-da mövqe açdınız və 150.500-də bağladınız. Qazancınız 50 bənd(pips) olacaq. tik və pips fərqlərini daha yaxşı başa düşmək üçün əlavə qeyd eyni misal üzrə: GBP/JPY üzrə 150.000-da mövqe açdınız və 150.005-də bağladınız, bax bu zaman siz 5 tik qazandınız. yani əksər hallarda 1 pips(bənd) = 10 tik.

Метки:

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Вы не можете скопировать содержимое этой страницы