Перейти к содержимому
Home » Forex-in tarixi və miqyası

Forex-in tarixi və miqyası

Müxtəlif hesablamalara görə, valyutaların ümumi həcminin 5%-dən az hissəsi praktiki məqsədlər üçün, yəni əvvəlki dərsdə  təsvir etdiyimiz səbəblərdən alınıb satılır. Qalan 95% isə pul qazanmaq məqsədi ilə Forex ticarətinə aiddir. Təbii ki, hamı buna müvəffəq olmur. Forex, birinin pul qazandığı, digərinin isə itirdiyi qapalı sistemdir. Əgər 10 dolları 17 manata almısınızsa və onun məzənnəsi 16.5 manata  düşübsə, yəqin ki bu sizə elədə təsir etməyəcək. Uzaqbaşı deyəcəksiniz ki qalsın qiymət artanda satacam.  Amma məsələ əgər 100 minllərlə manatdan gedirsə, o zaman dolları almamışdan öncə  perspektivləri çox diqqətlə qiymətləndirməli olacaqsınız, ölkə iqtisadiyyatının bir çöx göstəricilərini izləməli olacaqsınızi, mərkəzi bankın siyasəti və s. kimi şeylərlə maraqlanmaq lazım gələcək.

Bu biliklərlə Forex-də çox yaxşı pul qazana bilərsiniz, çünki burada hər şey aydındır — qiymət ya yuxarı və ya aşağı hərəkət edir. Yeri gəlmişkən, məhz bu səbəbdən Forex-i çox vaxt ruletka və qumar,  şans oyunları ilə müqayisə edirlər, lakin bu cür yanaşma adətən bazarın mahiyyətini kökündən dərk etməyən cahil insanlara aiddir.

Bretton Vuds  beynəlxalq maliyyə sistemi

50 il əvvələ qədər çox az adam Forexin nə olduğunu bilirdi. Alqı-satqı əsasən səhmlər, xammal və əmtəələrlə aparılırdı. İkinci Dünya Müharibəsindən sonra pul münasibətləri və ticarət hesablaşmalarının təşkili üçün qurulmuş  Bretton Vuds  beynəlxalq maliyyə sistemi yaradıldı. ABŞ-nin New Hampshire əyalətindəki Bretton Woods kurortunun adını daşıyır.  O, valyuta məzənnələrinin sabitliyini təmin edən əksər dünya valyutalarının qızıla bağlanmasını öz üzərinə götürdü

bretton vuds
treydinfo.com

1971-ci ildə ABŞ prezidenti Riçard Nikson ABŞ dollarının qızıla birbaşa konvertasiyasının başa çatdığını elan etdi. Bu, Bretton Woods sisteminin sona çatmasına səbəb oldu.

Bu qərar artan qlobal iqtisadiyyatı və ABŞ-ın ticarət kəsirini dəstəkləmək üçün qızılın olmaması səbəbindən qəbul edilib. Məlum hadisədən sonra dünya valyutaları üzən məzənnə rejiminə keçdi və dollar dominant ehtiyat valyutasına çevrildi.

Bu, valyuta bazarında spekulyasiyaya şərait yaratdı və treyderlər müxtəlif valyutaların məzənnələrinin dəyişməsindən pul qazanmağa başladılar. Beləliklə, üzən məzənnələr sisteminə keçid Forex-ə əhəmiyyətli dərəcədə təsir göstərdi. Onu dünyanın ən böyük və dinamik inkişaf edən maliyyə bazarlarından birinə çevirdi.

Yani Forex loxotrondur iddası əsassızdır. Çünki Foreks həm praktik, həm də spekulyativ tərəflərin təmsil olunduğu dünya iqtisadiyyatının ciddi hissəsidir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Вы не можете скопировать содержимое этой страницы