Əvvəlki dərslərimizdə trend xətti nəzəriyyəsi haqqında danışmışdıq. İndi isə o mövzunu birazda genişləndirək. Trend xətti ilə eyni bucaqda paralel xətt çəksək bu artıq Forex kanalı olacaqdır. Yəni əvvəlcə trend xəttini tapmalı və sonra bazarın paralel trend xəttini görə bilərik Forex kanalları buy və sell nöqtələrini müəyyən etmək üçün çox yaxşı texniki analiz vasitəsidir. Trend xətti və kanal xətti potensial dəstək və müqavimət sahələrini təmsil edir.
Gördüyünüz kimi trend xətti aydın şəkildə dəstək səviyyəsini göstərir. Bu səviyyəni müəyyən etmək olduqca asandır.
İndi dəstək səviyyəmizi tərtib etdikdən sonra paralel müqavimət səviyyəsini axtara bilərik.
Qiymət bir-birindən bərabər məsafədə olan trend xətlərindən sıçrayır.
Kanal mahiyyət etibarilə trend bazarıdır, buna görə də cari qiymət impulsuna əsaslanaraq onun sərhədlərindən ticarət etmək yaxşıdır. Qiymət kanal daxilində qaldığı müddətcə bu doğrudur.
Yuxarıdakı misalda göründüyü kimi ticarət kanal daxilində aparılıb. Qiymət dəstək səviyyəsindən sıçrayaraq pin-bar əmələ gətirib. Bu da buy-orderi açmaq üçün bir siqnaldır.
Başqa bir ticarət üsuluda kanalın hər hansı bir sərhədinin vurulmasıdır. Yəni qiymət müqavimət və yaxud dəstək xəttini qırarsa o zaman əməliyyat açırıq.