Перейти к содержимому
Home » Forex nədir?

Forex nədir?

Forexin nə olduğunu başa düşmək  üçün ilk növbədə valyutalar dünyasına və onlarla edilən müxtəlif əməliyyatlara baş vurmalısınız. Bildiyiniz kimi, hər bir ölkənin öz valyutası var. Bəzən müxtəlif şəraitə görə valyutadəyişmə məntəqələrinə getməli, valyuta almalı oluruq.

Məsələn, yaxın vaxtlarda səyahət etməyi planlaşdırırsınızsa, o zaman gedəcəyiniz ölkənin valyutasını əvvəlcədən əldə etməlisiniz. Bu halda manat bizə kömək etməyəcək, ona görə də onu əvvəlcədən istədiyiniz valyutaya dəyişmək lazım gələcəkdir. Demək olar ki, hər bir bankda dollar, avro almağı təklif edən mübadilə məntəqələri var. Təbii ki, qənaətcil insanlar daha sərfəli məzənnə təklif edən valyuta mübadilə məntəqəsini seçəcəkdir. 

Belə olan halda, hər şey olduqca məntiqlidir: 170 manatı 100 dollara dəyişmək nəyə lazımdır, əgər irəli gedərək başqa valyutadəyişmə məntəqəsində 101 dollara dəyişə bilərsənsə? 1 dollar irəli düşürsən, ilk baxışda fərq əhəmiyyətsiz görünə bilər.Amma təsəvvür edək ki, məbləğ artıq 170 manat deyil, 1700-dir. Bu halda qənaət 10 dollar olacaq.

Yuxarıda təsvir edilən mübadilənin həyata keçirildiyi bazar «Forex» kimi tanınır. Bu termin iki ingilis sözünün birləşməsindən yaranıb: foreign xarici və mübadilə mənasını verən exchange. Beləliklə, Forexin nə olduğunun ümumi mənası aydın olur — xarici pul mübadiləsi. Bu,həmçinin  bank kassasındakı belə kiçik mübadilə əməliyyatlarınıda özündə cəmləşdirən,  nəhəng valyuta bazarının ümumi adıdır. Və bu tip kiçik əməliyyatları bütün pul mübadiləsi sistemində ən birinci və ən kiçik həlqə adlandırmaq olar.

Valyuta bazarının iştirakçıları kimlərdir?

Yuxarıda göstərilən nağd əməliyyat, Forex bazarında nağd əməliyyatlar üçün bir nümunə idiı. Amma müasir rəqəmsal əsrimizdə, çox insan artıq nağdsız ödənişlərə üstünlük verir, vəsaitlərini depozitdə saxlayır, maaşlarını kartla alır. Banklar hesab açarkən adətən avro və dollar, bəzən pulsuz olaraq valyuta hesabları açmağı təklif edirlər. Bu hesabla, eyni mexanizmdən istifadə edərək, «mobil bankçılıq» vasitəsilə AZN hesabından dollar hesabına asanlıqla pul köçürə bilərsiniz. Bu sürətli, rahat,asan və ən əssası, valyuta məzənnəsi çox vaxt bank filialından daha sərfəli olur.

İndi başa düşürük ki, mübadilə həm nağd, həm də nağdsız üsullarla həyata keçirilə bilər. Valyuta hesabına vaxtaşırı pul yükləyən və məzuniyyətə səfərə çıxan adi insan əslində heç düşünmədən valyuta ticarətinin iştirakçısına çevrilir. Hər il səyahətdə dollar xərcləyən turistlərin sayını nəzərə alsaq, bu artıq  milyardlarla dollar deməkdir. Yani faktiki olaraq bu turizm sahəsinin dollara olan illik tələbatdır.  

Amma bütün bunlar korporativ fəaliyyət və digər ölkələrlə ticarət əlaqələri ilə müqayisədə xırda şeylərdir. Təsəvvür edin ki, böyük bir şirkət xaricdə mal satır, ödəniş avro ilə olur və o məcburdur avronu manata çevirsin. Çünki ki hər şey qanunvericiliklə düz gəlməlidir.

Yəni hər bir ölkədə  ixrac və idxal vardır ki, bu da bir pulun vaxtaşırı digərinə dəyişdirilməsinə ehtiyac yaradır. Bütün bu əməliyyatlar forexdə aparılır — biz bir pulu digərinə satırıq və ya alırıq.

Beləliklə, bizdə artıq iki böyük Forex iştirakçıları qrupu var – şəxsi məqsədlər üçün kiçik məbləğlərlə fəaliyyət göstərən adi fiziki şəxslər və böyük məbləğlərlə xaricilərlə ticarət edən  hüquqi şəxslər.

Onların çoxu Forex-in nə olduğunu bilmir, amma özləri də bilmədən bu bazarın iştirakçılarıdırlar. Necə ki, adi bazarda hər hansı məhsula tələbat yüksəkdirsə, onun qiyməti qalxır, burada eyni olur. Hamı dollar almaq istəsə, amma manatı alan az olsa, o zaman dollar bahalaşmağa başlayacaq. Bu da Forexin nə olduğunu, nə üçün lazım olduğunu və hamımıza necə aid olduğunu göstərən başqa bir nümunədir.

Valyuta spekulyantları…

İndi keçək ən vacib olan — məzənnə dəyişikliyindən pul qazanmaq istəyən valyuta bazarı iştirakçılarına. Manatın məzənnəsi neçə illər stabil olaraq 100 dollar =78 manat idi. Neft qiymətinin dünya bazarında kəskin aşağı düşməsi, manatın qəfil devalvasiyasına səbəb oldu. Bunu kimlər ki əvvəlcədən təxmin edib manatı dollara dəyişsəydilər, onlar məzənnə fərqindən qazanmış olardılar. Dünyada baş verən  krizislər,hadisələr dolların kursunun dünya valyuta bazarında tez tez dəyişməsinə səbəb olur. O zaman niyədə bu gun dolları tutaq ki 170 manata alıb sabah 180 manata satmayaq? Bu sadə misal, Spekulyantların məntiqini  bizə başa salır.

Əgər belə bazar iştirakçıları varsa, o zaman bu cür qiymət fərqləri ilə ticarət edən böyük təşkilatlarda var. Bu kateqoriyaya banklar, investisiya fondları, idarəetmə şirkətləri və s. aiddir. Onlar külli miqdarda pul yatırırlar, bəzən bir-biri ilə rəqabət aparır və valyutalarda hərəkətlər yaradırlar. Yəqin ki Corc Soros haqqında eşitmisiniz,

Corc Soros

O 1992-ci ildə valyuta bazarına uğurla müdaxilə etdikdən sonra külli-miqdarda pul qazandı və məşhurlaşdı . İndi təsəvvür edək ki, Forex bazarında onlarla, yüzlərlə belə Soroslar işləyir və onların hər biri varlanmaq istəyir.

Deməli adi insan başa düşməlidir ki, forex insanların mahiyyət etibarı ilə havadan pul qazanmasının konkret nümunəsidir. Ora, hər kəsin əldə etmək istədiyi yüksək rəqabətli bir mühitdir. Forex-də son halqa artıq öz aralarında yüz milyonlarla dollar əməliyyatlar aparan banklardır.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Вы не можете скопировать содержимое этой страницы