Перейти к содержимому
Home » Forex Sifarişlərinin növləri

Forex Sifarişlərinin növləri

Bazar sifarişi (Bazar orderi) müştərinin cari bazar qiymətində, alqı-satqı sövdələşməsini tamamlamaq üçün verdiyi sifarişdir. Sövdələşmə, əməliyyat pəncərəsində göstərilən qiymətlə ticarət terminalı vasitəsilə dərhal tamamlanır. Sifariş həm mövqe açmaq və həm də onu bağlamaq üçün verilə bilər. Yəni, hər hansı bir ticarət hərəkəti həmişə iki mərhələdən ibarətdir — bir mövqe açmaq və sonra onu bağlamaq, lakin bu, həmişə treyderin özünün əmri ilə baş vermir — bəzən marjin koll vəziyyəti yaranır və ya marja müəyyən edilmiş həddən aşağı düşdükdə broker özü zorla mövqeləri bağlayır. Forex sifarişlərinin iki növü var:

Bazardan giriş. Bu halda, qarşımızda bir pəncərə açılır, orada cari qiymət dəyəri tik qrafiki şəklində təqdim olunur və ekran iki sətirdir — satış qiymətialış qiyməti. Bu pəncərədə əməliyyatın ölçüsü müəyyən edilir(, itki limiti (stop loss) və hərəkətin gözlənilən hədəfi (take profit) təyin edilir. Sonra alış mövqesi və ya satış mövqesini açmaq üçün lazımi düyməni basmaq qalır. Bundan sonra isə sifariş emal edilir və mövqe açılır.

Gözlənilən sifarişlər. Bu, eyni pəncərənin müvafiq menyusunda seçilə bilən ikinci sifariş növüdür — buna «gözləyən sifariş» deyilir. Bu növ sifarişlər müəyyən bir zamanda , indiki cari qiymətdən fərqli olan müəyyən bir qiymətlə ticarət üçün nəzərdə tutulub.Pəncərədə yenədə əməliyyatın icra ediləcəyi qiymət, həcm(lot), zərər(stop loss)mənfəət (take profit) təyin edilir. Ümumiyyətlə, icra qiymətindən başqa hər şey eynidir.

İndi gözləmədə olan Forex sifarişlərindən istifadənin ən tipik vəziyyətlərinə baxaq

1. Gecə vaxtlarında və güclü xəbərlərdə ticarət

Forex bazarının ən aktiv olduğu vaxtlar gecə vaxtları və ya mühüm iqtisadi xəbərlərin çıxdığı vaxt ilə üst-üstə düşə bilər. Belə hallarda treyderlər qiymət hərəkətlərindən qazanc əldə etmək fürsətini qaçırmamaq üçün gözləyən sifarişdən istifadə edirlər. Məsələn, treyder yatmazdan əvvəl terminalda gözləyən sifarişi qurub, Asiya ticarət sessiyası zamanı əsas dəstək və ya müqavimət səviyyəsi qırıldığı təqdirdə ticarət mövqesi aça bilər. Həmçinin gözləyən sifarişlər, mühüm iqtisadi xəbərlər zamanı ticarətdə faydalı ola bilər, çünki elə vaxtlarda qiymətdə kəskin dəyişikliklər baş verir. Qiymət artımından sonra mövqeyə daxil olmaq üçün gözlənilən sifarişləri təyin etməklə, treyder real vaxt rejimində bazara nəzarət etmək məcburiyyətindən azad olur.

2. Risklərin idarə edilməsi və giriş/çıxış strategiyaları

Gözləyən sifarişlər treyderlərə riskləri idarə etməyə və ticarət strategiyalarına əməl etməyə kömək edir. Məsələn, bir treyder, sərmayəsini qorumaq və əməliyyatı mənfəətlə bağlamaq üçün mövqeyə girərkən stop-loss və  teyk-profit təyin edib, gözləyən order aça bilər. Bu, qiymət səviyyələrinin vurulması  və ya geri qayıtma strategiyalarından istifadə zamanı xüsusilə faydalıdır. Gözləyən sifarişlər müəyyən bir qiymət  səviyyələrində açıla bilər, məsələn, Fibonaççi səviyyəsinə çatdıqda və ya şam siqnalı formalaşdıqdan sonra.

3. Müxtəlif strategiyalarla ticarət zamanı

Gözləyən sifarişlər müxtəlif Forex ticarət strategiyalarında geniş istifadə olunur. Məsələn, treyderlər dəstək/müqavimət səviyyələrini qırmaq üçün gözlənilən sifarişlər verə bilərlər. Həmçinin, gözlənilən sifarişlər Martinqeyl strategiyasının bir hissəsi ola bilər. Qiymətin hansı tərəfə istiqamətindən asılı olmayaraq, gözləyən sifarişlər bir birindən aralı yerləşdirilir və qiymət o mövqelərə çatan kimi, işə salınır.

Forex bazarında gözlənilən sifarişlərin əsas növləri bunlardır:

  1. Alış Limit orderi: (Buy Limit): Bu növ sifariş treyderə cari bazar səviyyəsindən aşağı qiymətə alış mövqeyinə girməyə imkan verir. Treyder, aktivin qiymətinin müəyyən dəstək səviyyəsinə enib və sonra yüksəlməyə başlayacağını gözlədikdə bu növ sifarişdən istifadə edir.
  2. Satış Limiti orderi: (Sell Limit): Əvvəlki növə bənzər, bu sifariş treyderə cari bazar səviyyəsindən yuxarı qiymətə satış mövqeyinə girməyə imkan verir. Treyder, aktivin qiymətinin müəyyən müqavimət səviyyəsinə qalxmağını və sonra düşməyə başlayacağını gözlədikdə bu növ sifarişdən istifadə edir.
  3.  Buy Stop orderi: Bu növ sifariş treyderə cari bazar səviyyəsindən yuxarı qiymətə alış mövqeyinə girməyə imkan verir. Treyder, aktivin qiymətinin müəyyən bir müqavimət səviyyəsini qırıb keçərək yüksəlməyə başlayacağını gözlədikdə bu növ sifarişdən istifadə edir.
  4. Sell Stop orderi: Bu növ sifariş treyderə cari bazar səviyyəsindən aşağı qiymətə satış mövqeyinə girməyə imkan verir. Treyder, aktivin qiymətinin müəyyən bir dəstək səviyyəsini qırıb keçərək düşməyə başlayacağını gözlədikdə bu növ sifarişdən istifadə edir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Вы не можете скопировать содержимое этой страницы