RSI indikatoru nədir?
RSI və ya Relative Strength İndex (Nisbi Güc İndeksi) indikatoru aktivin gücünü və ya zəifliyini qiymətləndirmək üçün texniki analizdə istifadə edilən ən məşhur osilatorlardan biridir. 1970-ci illərin sonunda J. Wells Wilder tərəfindən hazırlanmış RSI, Forex də daxil olmaqla maliyyə bazarlarında treyderlər üçün əsas alətə çevrildi. Bu indikatorun əsas məqsədi aktivin həddindən artıq alındığı və ya həddindən artıq satıldığı vaxtları müəyyən etməkdir. Bu da mümkün trendin dəyişməsini göstərə bilər.
RSI indikatorunun işləmə prinsipi.
RSI indikatorunun əsas xüsusiyyəti onun 0 və 100 səviyyələri arasında dəyişməsidir. Mühüm səviyyələr 30 və 70-dir. RSI 70-i keçdikdə aktiv həddindən artıq alınmış hesab olunur ki, bu da qaçılmaz qiymət enişini göstərə bilər. 30-dan aşağı dəyər aktivin həddindən artıq satıldığını və mümkün qiymət artımını göstərir.
RSI-ni hesablamaq üçün formula belə görünür:
Burada RS müəyyən dövr ərzində (adətən 14 gün) orta mənfəətin orta zərərə nisbətidir.
Bəs Forex ticarətində RSI-dan necə istifadə etmək olar?
RSI Foreksdə bazar vəziyyətini qiymətləndirmək və əməliyyatlar üçün giriş və çıxış nöqtələrini müəyyən etmək üçün istifadə olunur. Məsələn, RSI 70 və ya daha yüksək səviyyəyə çatarsa, bu şort siqnalı ola bilər. indikator RSI, 30-dan aşağı düşərsə, treyderlər long etməyi düşünürlər.
RSI siqnallarını daha dəqiqləşdurmək üçün treyderlər bəzən onu (MA) və ya Stoxastik osilator kimi digər indikatorlarla birləşdirirlər.
RSI indikatorunun quraşdırılması və parametrləri
14 günlük RSI standart parametr olsa da, treyderlər ticarət stilindən və taymfreymdən asılı olaraq onun müddətini dəyişə bilərlər. Qısamüddətli ticarət üçün daha qısa dövrlərdən (məsələn, 9 və ya 7), uzunmüddətli ticarət üçün isə daha uzun müddətlərdən (məsələn, 21 və ya 30) istifadə etmək tövsiyə olunur.
Meatrader platformasını açıb, RSİ indikatorunu tapırıq. İnsert — İndicators — Oscillators — Relative Strength İndex
RSİ indikatoru açılan kimi onun Period parametrini istədiyimiz kimi dəyişə bilərik. İndikatorun özündə gördüyünüz kimi standart olaraq 14 period qəbul edilib.
indi isə EUR/USD diaqramında RSI-dən istifadənin real nümunəsinə baxaq. 2023-cü ilin iyul ayında, RSI 75-ə çatdıqda, treyderlər 1.12400 səviyyəsində aktivin uğurlu satışına səbəb olan aşağıya doğru dönüşü proqnozlaşdıra bildilər.
RSI indikatorunun çatışmazlıqları
Bütün indikatorlar kimi, RSI da həmçinin mükəmməl deyil və bəzən yanlış siqnallar verə bilər. Məsələn, güclü trend bazarlarında. Bu zaman RSI, geridönüş göstərmədən uzun müddət həddindən artıq alış və ya satış zonalarda qala bilər.
Belə vəziyyətlərin qarşısını almaq üçün RSI-ni digər indikatorlarla birlikdə istifadə olunmalıdır. Həmçinin fundamental amilləri izləmək tövsiyə olunur.