Forex bazarının strukturuna baxmamışdan əvvəl, gəlin əvvəlcə fond bazarının strukturuna nəzər yetirək.
Mərkəzləşdirilmiş bazar
Öz strukturuna görə fond bazarı inhisara (monopoliya) meyllidir. Çünki, bütün qiymətlər, onlara nəzarət edən bir neçə böyük brokerlərdən keçir. Bu böyük iştirakçılara «market meykerlər» deyirlər və onlar qiymətlərə elə təsir edə bilərlər ki, gəlir özəl treyderlərə deyil, məhz onlara gəlsin.
Məsələn, təsəvvür edin ki, X şirkətinin səhmlərinə bazarda qəfildən böyük tələbat yaranır, çünki şirkət yeni məhsulunu uğurla sınaqdan çıxardığını elan edib. Bu vəziyyətdə marketmeykerlər alış qiymətlərini artıra və satış qiymətlərini aşağı sala bilərlər. Bu da X şirkətinin səhmlərini alıcılar üçün daha bahalı və satıcılar üçün daha ucuz edir. Və bu da satışların artmasına və qiymətlərin sabitləşməsinə səbəb ola bilər.
Valyuta bazarında isə qeyri-mərkəzləşdirilmiş bazardır, iştirakçılar həddindən artıq çoxdur. Amma bu o demək deyil ki burda xaos hökm sürür. Burda sadəcə qiymətləri diqtə edən xüsusi mütəxəssislər yoxdur. Qiymət, minlərlə dilerin təklifi əsasında qurulur və istənilən vaxt ən yaxşı qiyməti əldə edirsiniz.
Valyuta bazarının iştirakçılarını aşağıdakı ierarxiya ardıcıllığı ilə göstərmək olar:
Bu pilləkənin ən yüksək pilləsində EBS sistemləri və ya Reuters Dealing 3000-Spot elektron sistemi vasitəsilə bir-biri ilə ticarət aparan nəhəng beynəlxalq banklar dayanır.