Sadə Hərəkətli ortalama (SMA, Simple Moving Average qısa “MA”) — treyderlərə qiymət dəyişkənliyini hamarlamağa və trendin istiqamətini müəyyən etməyə kömək edən populyar texniki analiz vasitəsidir. SMA müəyyən bir dövr ərzində bağlanış qiymətlərinin arifmetik ortalaması kimi hesablanır. Məsələn, 14 günlük SMA götürsək, son 14 günün bağlanış qiymətlərini toplayıb 14-a bölürük.
Əlbəttə ki biz hər dəfə kalkulyatorla hesablayıb qiyməti tapmayacayıq. Bunun üçün metatrader platformasında xüsusi indikator var. O indikatoru tapıb istifadə etmək lazımdır:
yuxarıda şəkildə tam təfərrüatla göstərilib Moving Average (MA) indikatorunu qrafikə necə əlavə etmək lazımdır.
SMA-nın əsas məqsədi əsas trendləri daha yaxşı görmək üçün qiymət cədvəlindən səs-küyü aradan qaldırmaqdır. Bununla belə, SMA-nın qiymət dəyişikliklərinə gecikmə reaksiya verməsini nəzərə almaq alzımdır. Bu xüsusən də uzun zaman intervallarında baş verir.
Eksponensial Hərəkətli Ortalama (Exponential moving average)
Sadə hərəkətli ortalamadan (SMA) fərqli olaraq, eksponensial hərəkətli ortalama (EMA) son qiymətlərə daha çox çəki verir və onu bazardakı son dəyişikliklərə daha həssas edir. Bu da o deməkdir ki, EMA SMA ilə müqayisədə trendin dəyişməsinə daha sürətli reaksiya verir.
EMA, bazar dəyişikliklərinə sürətli reaksiya tələb olunduqda treyderlər tərəfindən istifadə olunur. Məsələn, 50 günlük EMA qiymət dəyişikliklərinə 50 günlük SMA ilə müqayisədə daha həssas olacaq və trenddə mümkün dəyişikliyi daha tez göstərəcək.
SMA vs EMA seçimi
SMA və EMA fərqli məqsədlər üçün istifadə edilən iki fərqli hərəkətli ortalamadır. SMA, qiymət dəyişikliklərinə daha gec reaksiya verdiyi üçün daha sabit indikatorlara üstünlük verən treyderlərə uyğundur. Bu, yanlış siqnalların qarşısını almağa kömək edir, lakin yeni trendlərin müəyyən edilməsində gecikə bilər.
EMA, öz növbəsində, bazardakı dəyişikliklərə daha sürətli reaksiya verməyə çalışanlar üçün daha uyğundur. Bununla belə, EMA-nın artan həssaslığı, xüsusən də qısa zaman çərçivələrində daha çox yanlış siqnallarla nəticələnə bilər.
SMA və EMA arasında seçim ticarət strategiyalarınızdan və ticarət üslubunuzdan asılıdır. Əgər ehtiyatlı yanaşmaya üstünlük verirsinizsə, SMA daha uyğun ola bilər. Sürətli siqnallar axtaran aktiv treyderlər üçün EMA daha effektli ola bilər.
Moving Average-dən istifadə
Moving Average (MA) bazar təhlilinin müxtəlif strategiyalarında və metodlarında istifadə edilə bilər. Populyar üsullardan biri fərqli dövrlərə malik iki MA-dan istifadə etməkdir. Məsələn, qısamüddətli MA (məsələn, 10 günlük) daha uzunmüddətli MA-dan (məsələn, 50 günlük) yuxarı keçdikdə, bu, yüksəliş trendinin başlanğıcını siqnal edə bilər.
Başqa bir üsul, MA-nı dəstək və müqavimət səviyyələri kimi istifadə etməkdir. Qiymət tez-tez MA-ya reaksiya verir, ona toxunub sıçrayır. Bu da treyderlərə mövqelərə daxil olmaq və ya çıxmaqla bağlı qərarlar qəbul etməyə imkan verir.
MA strategiya. Onunla necə ticarət etmək olar?
MA ticarət strategiyasına bir neçə yanaşma daxildir. Sadə üsullardan biri – MA-ların kəsişməsi strategiyasıdır. Məsələn, 50 günlük SMA 200 günlük SMA-dan aşağı keçərsə, bu satış siqnalı ola bilər. Çünki bazar yüksəliş trendinə girə bilər.
Başqa bir strategiya dinamik stop loss səviyyəsi kimi Moving Average-dən istifadə etməkdir. Məsələn, uzunmüddətli (long) mövqe açmısınızsa və qiymət MA-dan aşağı keçirsə, bu mövqedən çıxmaq üçün bir siqnal ola bilər. Çünki əks təqdirdə treyder profitdən məhrum ola bilər.
Hərəkətli ortalamalar (MA) — treyderlərə bazarı təhlil etməyə və ticarət qərarları verməyə kömək edən güclü vasitədir. Onlar həm trendi müəyyən etmək, həm də giriş və çıxış nöqtələrini tapmaq üçün istifadə edilə bilər. SMA daha sabit siqnallar verir, EMA isə daha həssasdır.
SMA və EMA arasında seçim məqsədlərinizdən və ticarət üslubunuzdan asılıdır. Yadda saxlamaq lazımdır ki, hər hansı bir strategiya effektiv qalması üçün sınaqdan keçirilmə və mövcud bazar şərtlərinə uyğunlaşma tələb edir.