İndikator nədir?
İndikatorlar treyderlərə qiymət hərəkətlərini təhlil etməyə və ticarət mövqelərinə giriş və ya çıxış nöqtələrini müəyyən etməyə kömək edən alətlərdir. İndikatorlar bazar tendensiyalarını görməyə və mümkün qiymət dəyişikliklərini proqnozlaşdırmağa kömək etmək üçün qiymət, həcm və vaxt məlumatlarını emal edən riyazi hesablamalara əsaslanır.
Niyə indikatorlar treyder üçün vacibdir?
İndikatorlar bazar məlumatlarının təhlilini sadələşdirməyə və onu daha vizual etməyə kömək edir. Hər bir tik və şamı bir bir nəzərdən keçirmək, riyazi hesablamaları əl ilə aparmağa artıq ehtiyac qalmır. BU qanunauyğunluqları müəyyən etmək üçün, treyderlər artıq indikatorlardan istifadə edə bilərlər. Daha konkret olaraq, İndikatorlar bizə bu hallarda kömək edir:
- Trendlərin müəyyənləşdirilməsində. Bazarın hansı istiqamətdə hərəkət etdiyini göstərir — yuxarı (yuxarı trend), aşağı (aşağı trend) və ya konkret istiqamət olmadan (flet).
- Giriş və çıxış nöqtələrinin axtarışında. İndikator siqnalları sizə mövqeyin hansı vaxtda açılması və ya bağlanması lazım olduğunu deyə bilər.
- Bazar gücünün qiymətləndirilməsində. Bəzi indikatorlar trendin nə qədər güclü hərəkət etdiyini göstərir və geridönüş ehtimalını qiymətləndirməyə kömək edir.
İndikatorların növləri
İndikatorlar çoxdur, amma onların əksəriyyəti bir neçə əsas növə bölünür:
- Trend indikatorları
- Bazarın trenddə olub-olmadığını və hansı istiqamətdə olduğunu müəyyən etməyə kömək edir.
- Nümunələr: Hərəkətli ortalamalar (Moving Average), MACD indikatorı.
- Osilatorlar
- Bazar gücünü qiymətləndirmək və həddindən artıq alış və ya satışı müəyyən etmək üçün istifadə olunur.
- Nümunələr: RSI (Nisbi Güc İndeksi) və Stoxastik indikatoru.
- Həcm indikatorları
- Ticarət həcmini göstərir və cari hərəkətin gücünü göstərə bilər.
- Nümunələr: Volume, On-Balance Volume (OBV).
- Volatilliyi göstərən indikatorlar
- Onlar aktivin qiymətinin müəyyən dövr ərzində nə qədər dəyişkən olduğunu qiymətləndirməyə imkan verir.
- Misal: Bollinger Bands (Bollinqer lentləri.)
İndikatorlar treyderin arsenalında mühüm rol oynayır. Ticarət qərarları qəbul etməyə kömək edən məlumatlar verir. Bununla belə, onların effektivliyi əsasən treyderin alınan məlumatları şərh etmək və mövcud bazar vəziyyətinə uyğun istifadə etmək bacarığından asılıdır.