Forex bazarında ticarət unikal imkanları və yüksək likvidliyi ilə bir çox treyderləri cəlb edir. Bu bazarı belə populyar edən əsas vasitələrdən biri «leveragedir». Yəni kredit çiyni və ya kredit dəstəyi. Gəlin leverajın nə olduğunu, necə işlədiyini və treyderlərə hansı risklər və faydalar gətirdiyini anlamağa çalışaq.
Что такое кредитное плечо?
Leveraj (marja ticarəti) — treyderlərə, öz investisiyalarından əhəmiyyətli dərəcədə yüksək məbləğlərlə işləməyə imkan verən bir mexanizmdir. Sadə dillə desək, ticarət həcmini artırmaq üçün broker tərəfindən verilən borc vəsaitləridir. Məsələn, hesabınızda 100 ABŞ dolları olan 1:50 leverage ilə siz 5000 dollarlıq bir mövqe aça bilərsiniz.
Tutaq ki, treyderin 1000 dolları var. Bu pulu İsveçrə frankına yatırmağı qərar versək, qiymət dəyişikliyinin hər bəndi bizə təxminən 0,1 dollar gətirəcək. Nəzərə alsaq ki, gündəlik hərəkətlər nadir hallarda 100 bənddən çox olur, hətta ideal giriş olsa belə, bu cür əhəmiyyətli qiymət dəyişikliyindən qazancımız cəmi 10 dollar olacaqdır.
Ancaq çox hallarda, treyderlər daha kiçik bazar hərəkətlərini götürürlər. Buna görə də,10 dollar bir gün üçün normal nəticədir amma ticarətin səhvsiz aparılması şərti ilə. Orta hesabla gündə 30-50 bənd götürmək olar, yəni ideal ticarətlə hardasa 3-5 dollar qazanc gətirəcək.
İndi eyni sövdələşməyə yena baxaq, amma bu dəfə 1:100 maliyyə leverecindən istifadə edərək. Treyder İsveçrə frankını indi 100000 dollara alır və hər bir bənd artıq 0,1 dollar deyil, yüz dəfə bahadır, yəni 10 dollardır. Fərq çox böyükdür. İndi depozitin eyni 1%-ni qazanmaq üçün sizə 100bənd deyil, cəmi 1 bənd lazımdır.
Leverage ilə, hətta kiçik bazar hərəkətləri əhəmiyyətli gəlirlərə səbəb ola bilər. Bizim nümunəmizdə əmanətin 1%-ni (10 dollar) qazanmaq üçün 1:100 kredit çiyni ilə ticarət edərkən yalnız 1 bənd qiymət hərəkəti tələb olunur. Bu ticarəti daha səmərəli edir, daha çox qazanmağa imkan yaradır.
Amma gəlin baxaq görək, treyder eyni 100 bəndi(pip) saxlaya bilsə nə olur. 1000 dollarlıq ilkin investisiya ilə və 1:100 leverecdən istifadə etməklə, 100 pip hərəkətin saxlanması əmanətin ikiqat artması ilə nəticələnəcək. Bu da ki 1000 dollar mənfəət olacaq. Bu təsirli nəticədir və Forex ticarətində leverajın gücünü göstərir.
Risklərin idarə edilməsinin əhəmiyyəti
Amma, yadda saxlamaq lazımdır ki, leverecdən istifadə təkcə potensial mənfəəti deyil, həmçinin riskləri əhəmiyyətli çoxaldır. Qısacası, bazar sizə qarşı çıxsa, itkiləriniz də 100 dəfə artacaq.
Buna görə ehtiyatlı olmaq və risklərin idarə edilməsi strategiyalarını tətbiq etmək vacibdir:
- Stop Loss-dan istifadə: Potensial itkiləri məhdudlaşdırmaq üçün aydın stop-loss səviyyələrini təyin edin.
- Ticarətin düzgün planlaşdırılması: Ticarət açmadan əvvəl riskləri və potensial mənfəəti hesablayın.
- Diversifikasiya: Bir ticarət əməliyyatında bütün kapitalınızı riskə atmayın, investisiyalarınızı bir neçə mövqe arasında bölüşdürün.
Kredit çiyni(Leverage) — Forex bazarında imkanlarınızı əhəmiyyətli dərəcədə artıra biləcək güclü bir vasitədir. İsveçrə frankı nümunəsi göstərir ki, 1:100 kredit çiyniylə, hətta kiçik bazar hərəkətləri ilə əhəmiyyətli profit əldə etmək olur. Bununla belə, bu alət ehtiyatlı yanaşma və səriştəli risk idarəetməsi tələb edir.