MACD nədir?
MACD (Moving Average Convergence Divergence) indikatoru bazarda trendləri və mümkün dönüş nöqtələrini müəyyən etmək üçün treyderlər tərəfindən istifadə edilən ən məşhur texniki analiz alətlərindən biridir. MACD 1970-ci illərin sonlarında Gerald Appel tərəfindən hazırlanmışdır. Və o vaxtdan Forex, səhmlər, kriptovalyutalar və digər maliyyə bazarlarının təhlilinin ayrılmaz hissəsinə çevrilmişdir.
MACD trendin gücü, istiqaməti, impuls və davamiyyətini müəyyən etmək üçün iki növ MA (moving average)-ı birləşdirir. İndikatorun əsas məqsədi treyderlərə bazara mümkün giriş və çıxış anlarını müəyyən etməkdə yardımçı olmaqdır..
MACD indikatorunun komponentləri
MACD indikatorui üç əsas komponentdən ibarətdir:
• MACD xətti: Bu, müxtəlif dövrlərə malik iki eksponensial hərəkətli ortalama (EMA) arasındakı fərqdir. Adətən 12 və 26 dövrlü EMA istifadə olunur. MACD xətti qısamüddətli və uzunmüddətli qiymət dinamikasının arasındakı fərqi göstərir.
• Siqnal Xətti: Bu, MACD xəttinin 9 dövrlü hərəkətli ortalamasıdır (MA). Siqnal xətti trend dəyişikliklərini müəyyən etməyə kömək edir və ticarət siqnalları yaratmaq üçün istifadə olunur.
• Histoqram: Histoqram MACD xətti ilə siqnal xətti arasındakı fərqi təmsil edir. Bu, trendin gücünü və istiqamətini vizuallaşdırmağa kömək edir.
MACD iş prinsipi
MACD xəttini hesablamaq üçün formula aşağıdakı kimidir:
Burada EMA — 12 və 26 dövrlü eksponensial hərəkətli ortalamalardır, siqnal xətti isə MACD xəttinin 9 dövr EMA-sıdır:
Siqnal xətti
MACD histoqramı MACD xətti ilə siqnal xətti arasındakı fərqi göstərir:
Histoqram = MACD − Siqnal xətti
İndi isə MACD indikatorunun Metatrader platformasında quraşdırılmasına və parametrlərinə baxaq
Metatrader platformasına daxil oluruq, İnsert bölməsinə giririk, sonra İndicators — Oscillators — MACD seçirik:
Standart MACD parametrləri 12, 26, 9-dur. Bu dəyərlər EMA dövrlərini təmsil edir:
• 12 – sürətli EMA,
• 26 – ləng EMA,
• 9—siqnal xəttinin dövrü.
Bununla belə, bu parametrlər treyderin ticarət üslubundan və zövqündən asılı olaraq dəyişdirilə bilər. Məsələn, daha qısa zaman çərçivələri üçün (5-15 dəqiqə üçün) 5, 13, 6 istifadə edə bilərsiniz. Gündəlik və ya həftəlik qrafiklərdə uzunmüddətli ticarət üçün daha yüksək göstəricilər uyğun ola bilər. Amma bir şeyi qeyd etmək lazımdı ki, bu parametrlər ortastatik treyder üçün olduqca uyğundur, onları dəyişdirməyə ehtiyac yoxdur. Həmçinin yeni başlayan treyderlər kifayət qədər təcrübə yığmayıncaya qədər yaxşı olardı ki bu parametrlərə toxunmasınlar.
Əsas MACD siqnallarına aşağıdakılar daxildir:
Buğa kəsişməsi: MACD xətti siqnal xəttindən yuxarıya doğru keçdikdə baş verir. Bu, yüksəliş trendinin mümkün başlanğıcını göstərən alış siqnalıdır.(şəkil)
Ayı kəsişməsi: MACD xətti siqnal xəttini yuxarıdan aşağıya keçəndə baş verir. Bu, eniş trendinin mümkün başlanğıcını göstərən satış siqnalıdır.
Divergensiya: indikatorun və qiymət qrafikinin istiqamətində fərqlilik elə bir şəkildə ki, qiymətin daha yüksək maksimumu MACD indikatorunun daha yüksək maksimumu ilə təsdiqlənməyir. Divergensiya haqqında daha ətraflı >>>
MACD qrafik təhlili
Fərz edək ki, AUD/USD qrafikində müəyyən bir anda MACD xətti siqnal xəttini aşağıdan yuxarıya keçib. Eyni zamanda, MACD histoqramı sıfır xəttindən yuxarı genişlənməyə başladı. Bu, long (alış) mövqesi açmaq üçün bir siqnal ola bilər.
MACD indikatorunun üstünlükləri
MACD müxtəlif bazarlarda və taymfreymlərdə istifadə oluna bilən universal indikatordur. Onun əsas üstünlükləri aşağıdakılardır:
Universal olmağı: Həm Forex, həm də səhm, kriptovalyuta və digər bazarlarda tətbiq olunur.
İstifadə asanlığı: Quraşdırmaq və istifadəsi asandır.
Trend və osilator indikatorlarını özündə cəmləməsi: MACD həm trendin gücünü, həm də mümkün geri dönmə nöqtələrini görməyə imkan verir.
MACD-nin çatışmazlıqları
Hər hansı bir göstərici kimi, MACD-nin də məhdudiyyətləri var:
Yanlış siqnallar: flet (düz) bazarda MACD saxta siqnallar yarada bilər ki, bu da ticarət itkilərinə səbəb olur.
Gecikmə: MACD bir trend göstəricisidir və onun siqnalları xüsusilə kəskin bazar dönüşləri zamanı geridə qala bilər.
MACD-nin çatışmazlıqlarının qarşısını almaq üçün onu digər indikatorlar və analiz alətləri ilə birlikdə istifadə etmək tövsiyə olunur.