Bu dərsimizdə dəstək/müqavimət səviyyələrinin nə olduğu, onları necə qurmaq, hansı səviyyələrə diqqət yetirmək və ən əsası Forex bazarında öz ticarətinizdə onlardan necə istifadə etmək barədə danışacağıq.
İstənilən taymfreym qrafikinə baxsanız, maraqlı bir qanunauunluğun şahidi olacaqsınız..Belə ki, həmişə qiymətlərin dönüşü təsadüfi yerlərdə deyil, nə vaxtsa ona oxşar dönüşlərin bir dəfə də baş verdiyi yerlərdə olur. Artıq bildiyimiz kimi, bazar satıcı və alıcıların fəallığı hesabına fəaliyyət göstərir və onlar arasında balansın dəyişməsi müxtəlif miqyaslarda baş verə bilər.
Qiymət Səviyyəsi — trendin qırıldığı və ya “ticarət edildiyi” nöqtədir. Satıcılarla alıcılar arasında bir növ mübarizə gedir ki, bunun nəticəsi qiymətin ilkin hərəkəti davam etdirəcəyini, yoxsa dönüb başqa istiqamətə gedəcəyini müəyyən edir.
Qrafikdə hər hansı bir valyuta çütlüyünə baxsanız, orda qiymət hərəkətinin ”zirvələr” və “enişlər” yaratdığını görəcəksiniz. Onlar dəstək və müqavimət səviyyələridir. bunu daha aydın görmək üçün aşağıdakı şəkilə nəzər salaq:
Bu səviyyələr qiymətin bu maneələri aşmaq üçün təkrar cəhdləri nəticəsində formalaşır və nəticədə qrafikdə görünən olur. Şəkildə biz əsas səviyyələri tapdıq, onların bəziləri güclü bəziləri zəifdir, qiymət bir neçə dəfə dəstək və müqavimət səviyyəsini test edibsə deməli o güclü səviyyədir. bəzi səviyyələr isə gələcəkdə güclü ola bilər.
Yeni başlayanlar üçün qiymət səviyyəsinin qurulması.
Əgər yeni başlayırsınızsa, o zaman özünüzü çətinliyə salmağa ehtiyac yoxdur. Siz nə edə bilərsiniz:
Ən aydın məqamlara diqqət yetirin. Qiymətin son günlərdə və ya həftələrdə çatdığı ən yüksək və ən aşağı nöqtələrini tapın(ekstremumlar). Bu nöqtələri tapmaq asandır və çox vaxt onlar vacib səviyyə sayılır.
Bir günün qiymətini göstərən qrafiklərlə başlayın. Bu, ümumi mənzərəni görmənizi asanlaşdıracaq.
Müxtəlif qrafiklərdə səviyyələri çəkməyə çalışın. Bunu nə qədər çox etsəniz, onların necə işlədiyini bir o qədər yaxşı anlamağa başlayacaqsınız.
Trend xəttlər ilə müqavimət və dəstək səviyyələrinin qurulması
Trend xətləri qrafikdəki bir neçə nöqtəni birləşdirən xətlərdir. Xətt yuxarı qalxarsa, bu, dəstək səviyyəsi ola bilər. Xətt aşağı düşərsə, bu, müqavimət səviyyəsi ola bilər. (Şəkil A)
Bar və ya yapon şamları qrafikində dəstək/müqavimət səviyyələrini çəkmək çətindirsə, o zaman metatrader4 -də xətt qrafikinə çevirə bilərsiz qrafiki, o zaman daha asan olacaq.(şəkil 4.)
Amma, adi qrafiklə işləməyi öyrənmək çox vacibdir, çünki o, qiymət həddlərinin ekstremumlarını, şamların quyruqlarını və kölgələrini göstərir və onlar olmadan qurulmuş qiymət səviyyələri, qeyri-dəqiq olacaqdır.
Əhəmiyyətli səviyyələri necə seçmək olar?
Bütün zirvələr və enişlər qrafikdə qeyd edildikdən sonra, qrafikdə həddən artıq çox səviyyənin olduğu görünə bilər.
Və qrafiki geri çevirsəniz və orada bütün səviyyələri qeyd etsəniz, üfüqi xətlərlə çəkilmiş bir qrafiklə alınacaq. Üstündə qiymət səviyyələrdən başqa heç nə qalmayacaq. bununla bağlı nə etməli? Birincisi, bütün səviyyələrə diqqət etmək lazım deyil. Həmçinin, çox uzaq baxmayın. Qrafiki bir neçə il geriyə çəkməyə ehtiyac yoxdur.
Sadəcə ekrana sığışacaq qrafik bəs edir. Amma bir qədər yaxın güclü minimum və ya maksimum varsa, o mütləq qiymət səviyyələri qurularkən nəzərə alınmalıdır. məsələn isveçrə frankındakı bu anomal şam:
Dəstək və müqavimət rollarının dəyişdirilməsi
Bəzən dəstək və müqavimət səviyyələrinin yerləri dəyişir. Məsələn, əvvəllər dəstək olan səviyyə, qiymət aşağı düşərsə, müqavimətə çevrilə bilər.
Qiymət bir səviyyəni qırdıqda, tez-tez yenidən test etmək üçün geri qayıdır. Əgər qiymət əks istiqamətdə səviyyəni keçə bilmirsə, bu, rolun dəyişməsini təsdiqləyir. Bu o deməkdir ki, indi bu səviyyə fərqli şəkildə işləyəcək: əgər əvvəllər o, qiyməti dəstəkləyirdisə, indi əksinə onu saxlayacaq.
Qrafikdə qiymət səviyyələrin rollarının dəyişdirilməsi normal bir hadisədir
Səviyyənin qırıldığını necə başa düşmək olar?
Səviyyəni qırmaq divarı qırmaq kimidir. Bəs necə başa düşmək olar ki, divar həqiqətən dağıdılıb və sadəcə bir çat deyil?
Qiymət, səviyyənin arxasında bağlanarsa (şam müqavimət xəttinin üstündə və ya dəstək xətinin altında bağlanır), bu, səviyyənin keçilməsinə dair güclü bir siqnaldır.
Qiymət qırılmasından sonra güclü hərəkət
Səviyyə qırıldıqda, qiymət adətən açıq “qapıdan” keçərək sürətlə və qətiyyətlə hərəkət edir. Bu, qırılmanın real olduğunu təsdiqləyir.
Yalançı qırılmalar
Bununla belə, bütün qırılmalar eyni dərəcədə əhəmiyyətli deyil. Bəzən qiymət səviyyədən bir qədər kənara çıxa bilər və sonra geri qayıda bilər — bu, yalançı qırılma adlanır. Belə hallar xüsusi diqqət tələb edir.
Forex ticarətində səviyyələrdən necə istifadə etmək olar?
Səviyyədən ticarət. Qiymət səviyyəyə yaxınlaşdıqda, qiymətin yüksəlişindən və ya səviyyəni keçməsindən asılı olaraq alqı-satqı əməliyyatı aça bilərsiniz.
Breakout ticarəti(səviyyənin qırılması). Əgər qiymət səviyyəni keçibsə, siz qırılma istiqamətində ticarət aça bilərsiniz.
Səviyyənin retesti. Bəzən səviyyə qırıldıqdan sonra sonra qiymət yenidən sınaqdan keçirmək üçün səviyyəyə qayıdır. Bu ticarətə girmək üçün yaxşı fürsət ola bilər.
Nümunə:
Gördüyünüz kimi, EUR/USD qrafikində 1.39400 civarında müqavimət səviyyəsi vardır ki, bu da qiyməti bir neçə gün dəfələrlə saxlayıb.
Qiymət 1.3940 müqavimət səviyyəsinə qalxir. O səviyyəni qıraraq keçir, amma günün sonunda buğalar qiyməti saxlaya bilmirlər, buğa tələsinə düşürlər, “yalançı qırılma” yaranır. Gün sonu uzun kölgəli ayı şamıyla bağlanır və bu artıq satış üçün siqnaldır. MetaTrader 4-də siz qiymətin müqavimət səviyyəsindən aşağı enməyə davam edəcəyini gözləyərək 1.3838 səviyyəsində satış sifarişi açırsınız.
Zərərlərdən qorunmaq üçün 1.400 müqavimət səviyyəsindən bir qədər yuxarıda stop loss təyin edirik, teyk profiti isə ondan iki dəfə çox məsafədə yerləşdiririk və ya növbəti dəstək səviyyəsində təyin etmək olar.