Hesab olunur ki, tarix dövri olaraq inkişaf edir və bir çox hadisələr təkrarlanır. Baxaq görək bu nəqədər doğrudur. Bu gün biz Forex ticarətində texniki analizdən necə istifadə etmək barədə danışacağıq. Texniki analiz, qrafikdə keçmiş qiymət məlumatları əsasında, qiymət hərəkətlərini proqnozlaşdırmağa imkan verir. Bazar qiymətləri tarixi təhlil və qərar qəbul etmək üçün bizə obyektiv və dəqiq məlumatlar təqdim edir.
Forexdə qiymətlərin hərəkəti bir çox amillər əsasında formalaşır. Ən təcrübəli mütəxəssisin belə onları bir araya gətirməsi mümkün deyil. Heç bir treyder Forex bazarında edilən hər bir əməliyyatı təhlil edə bilməz. Buna əsaslanaraq, ticarət dövrləri bərabər taymfreymlərə — vaxt intervallarına bölünür, bu diapazonda ticarət əməliyyatının hər qiyməti deyil, yalnız beş ən əhəmiyyətlisi təhlil edilir: ticarət dövrünün açılış qiyməti, ticarət dövrünün bağlanış qiyməti, dövrün minimumu, dövrün maksimumu, və həmçinin həcmi.
Yuxarıda göstərilənlərə əsasən belə bir nəticəyə gəlirik ki texniki analiz yalnız 5 rəqəmi emal edir. Bütün ticarət strategiyaları, qrafik patternlər və indikatorlar onların törəmələridir.
Texniki təhlilin fundamental qaydaları
Qiymətlər hər şeyi nəzərə alır
Xarici dünyadakı çoxsaylı amillər son nəticədə qiymətə təsir edir və o da öz növbəsində — qiymət qrafikinə təsir göstərir. Müasir ticarətdə xəbər hadisəsi ilə onun nəticəsi olan- qiymət reaksiyası arasında faktiki olaraq heç bir vaxt fərqi yoxdur. Ticarətdə texniki analizdən istifadə edən treyder hesab edir ki, daxil olan xəbərləri təhlil etməyə ehtiyac yoxdur. Yalnız tarixi qiymət məlumatları vacibdir. Bu, treyderin gəlirli ticarət əməliyyatı aparması üçün kifayətdir.
Qiymətlər trendlərə tabedir
Bazar daim hərəkətdədir, qiymətlər yuxarı və ya aşağı hərəkət edir. Məşhur bir ifadə var: «Trend sənin dostundur». Amma çox zaman yeni başlayanlar trendi izləmir, trendə qarşı olan kiçik dalğaları tutmağa çalışırılar. Məsələn, kiçik taymfreymlərdə (1 dəq, 5 dəq, 10-15 dəq) trend məsələn yuxarı olarsa, daha böyük taymfreymlərdə bunun əksini görə bilərik və gec tez Əsas trend istiqamətində hərəkət başlayır, bu da öz növbəsində trendə qarşı açılmış əməliyyatları sel kimi yuyub aparır, stop losslar işə düşür. Ona görədə bazarda qiymət müəyyən dövr ərzində hərəkətsiz qala bilər, buna flet deyilir. Flet — bazarda müəyyən sakitlik dövrüdür.
Tarix təkrarlanır
Keçmişdə müəyyən vəziyyətlərə bazarın reaksiyası və bazarın bu reaksiyalara nisbətən hərəkəti, gələcəkdə də oxşar olacaqdır.
Texniki analizin banisinin Çarlz Dou olduğu güman edilir. O öz əsərlərində,az risklə ticarət əməliyyatlarını həyata keçirmək üçün bəzi qaydaları qeyd edib.
Yuxarıda deyilənlərin hamısından belə bir nəticəyə gələ bilərik ki, bütün texniki təhlillər ciddi qaydalara uyğun qurulur, siqnal və ya onun olmaması şəklində müəyyən bir nəticə verən xüsusi bir hərəkət ardıcıllığı var. Bundan sonra məlum faktlardan istifadə edərək treyder öz qərarnı verir. Məsələn, bir ossilyatorda divergensiya siqnalı görsəniz, ticarət alətini almaq çox riskli olardı.
Texniki analizin əsas üstünlüklərinə aşağıdakılar daxildir:
- Məntiqi və istifadəsi asandır – bütün məlumatlar mövcuddur, sadəcə onu oxumaq, yadda saxlamaq (çap etmək və s.) və necə tətbiq olunmasına baxmaq lazımdır. İstənilən tematik resursda istifadəçilərin böyük əksəriyyətinin texniki analizə üstünlük verdiyini görə bilərsiniz. Bundan əlavə, mövcud olan bütün tətbiqlərdən birbaşa istifadə etməyə ehtiyac yoxdur. Sizə aydın görünən və yadda qalanı seçə bilərsiniz. Məsələn, bəzi insanlar texniki bazar təhlilinin yalnız qrafik hissəsinə üstünlük verirlər, digərləri isə yalnız indikatorlarla işləyirlər. Burada ən yaxşı komponent deyilən bir şey yoxdur, bəzən bu metodları birləşdirərkən maliyyə bazarlarının texniki təhlilini daha effektiv etmək olar.
2. Bir çox texniki analiz alqoritmləri onilliklərdir ki istifadə olunur. Bu o deməkdir ki, səlist işlənmiş ticarət sistemi uzun müddət işlədikdən sonra, istəsəniz, onu dəyişdirə və ya hətta tətbiqə çevirə bilərsiniz, yəni məsləhətçi yarada bilərsiniz.
Texniki analizin mənfi cəhətləri aşağıdakılardır:
- Geosiyasi vəziyyət və bazarda hər hansı qəfil hadisələr nəzərə alınmır. Əgər Avropa İttifaqı qəfil dağılacaqsa, heç bir indikator bizə bu barədə əvvəlcədən məlumat verməyəcək. Görəcəyimiz mənzərə,yalnız bazarda qəfil güclü bir hərəkətin baş verməsi olacaqdır. Eyni şey yüksək rütbəli məmurların səs-küylü bəyanatlarına da aiddir.
2. Müəyyən bir düşüncə tərzi tələb edir. Burada demək olar ki, hər şey ədəd və qrafik formasındadır. Bu da hər kəs üçün deyil.