Trend xətləri — qiymət cədvəlində trendin istiqamətini müəyyən etmək və vizuallaşdırmaq üçün istifadə olunan alətdir.
Qrafikdə trend xətləri, qiymətin istiqamətini proqnozlaşdırmaq üçün çəkilir. Onlar həmçinin trendin dəyişməsini müəyyən etməyə kömək edir. Trend xətləri, həmçinin əməliyyat açarkən yaxşı giriş və çıxış nöqtələrini, habelə stop lossun yerlərini təyin etməyə kömək edə bilər. Ən yaxşısı trend xətlərini tək istifadə etməmək, onları digər texniki analiz üsulları ilə birləşdirməkdir. Onlar ticarət arsenalınıza əla əlavə olacaqlar.
Bir çox treyderlər öz qrafiklərində çoxlu trend xəttləri çəkməklə səhv edirlər.
Trend xətlərinin qrafikdə yerləşdirilməsi
Trend yuxarı olanda, iki minimumu birləşdirən bir trend xətti çəkilir (qiymət geridönüşləri).
Aşağı trenddə isə iki zirvəni (maksimumu) birləşdirərək trend xətti formalaşır.
Beləliklə, trend xətlərini çəkmək olduqca sadədir. Sizə lazım olan tək şey:
• Qrafikdə iki ən aşağı və ya ən yüksək nöqtəni müəyyən edin.
• Onları birləşdirəcək bir xətt çəkin.
Deməli İki aşağı və ya iki yuxarı nöqtələrə (minimum və maksumum) səviyyəyə əsaslanan bir trend xətti çəkə bilsək, qiymət üçüncü dəfə ona toxunana qədər trend xətti təsdiqlənməmiş qalır.
Trend xətti o zaman aktiv olur ki, qiymət üçüncü dəfə ona toxunub qayıdır. İndi qiymət qeyd olunan trend xəttində dəstək və ya müqavimətə rast gəlməlidirr. Əgər qiymət trend xəttini pozarsa, bu, trendin bitdiyini bildirir.
Trend xətləri bütün taymfreymlərdə yerləşdirilə bilər, lakin onlar daha yüksək zaman çərçivələrində effektiv olur. Bundan əlavə, trend xətti nə qədər uzun zaman aktiv olsa, bir o qədər güclü olur.
Ticarətinizdə trend xətlərindən necə istifadə etmək olar?
Trend xətlərinin bir çox istifadəsi var, lakin onlar əsasən retest və ya qırılmalarda ticarət etmək üçündür.
Qiymət bu trend xəttindən üç dəfə geri sıçradı, buna görə də onu nəzərə ala bilərik. İndi qiymət yenidən trend xəttinə yaxınlaşır, bundan sonra nə baş verə bilər? Qiymət ya bizim trend xəttimizdən yenidən geri sıçrayacaq, ya da trend xəti qırılacaq.
Buğa təzyiqi çox güclü idi və eniş trendi qırıldı. Qiymət 200 bənd qalxır və bu, trendin dəyişməsi deməkdir.
İndi trend xəttindən qiymət artımına baxaq.
qiymət dördüncü dəfə trend xəttinə yaxınlaşır və ondan 150 punkt geri sıçrayır.
Trend xəttində pin bar əmələ gəldiyini görürük.
Trend xəttinin qırılması müxtəlif yollarla şərh edilə bilər:
• Şam trend xəttini yalnız kölgəsi ilə pozur. Bu halda, trendin qırılması hələ baş verməyib və biz geridönüşdə ticarət açmağı düşünə bilərik.
• Şamın gövdəsi və kölgəsi trend xəttindən kənarda bağlanmalıdır. Növbəti şamın açılışında siz “qırılma” əməliyyatlarının açılmasını nəzərdən keçirə bilərsiniz.
Trend xətləri necə işləyir?
Bilirsiniz ki, dəstək və müqavimət səviyyələri potensial alıcı və ya satıcıların təzyiqini göstərən qrafikdə üfüqi sahələrdir.
Eyni şey trend xətlərinə də aiddir. Yeganə fərq, trend xəttinin üfüqi deyil,maili olmasıdır.
Yüksələn trend xətti, qrafikdə potensial alıcıların təzyiqi olan bir sahədir.
Enən trend xətti, qrafikdəı potensial satıcıların təzyiqi olan bir sahədir.
Xüsusi trend xətti ticarət strategiyaları və texnikalarına girişməzdən əvvəl, ilk növbədə onları necə düzgün çəkməyi öyrənməlisiniz.
Yuxarıdakı qrafik çox qarışıq, anlaşılmaz görünür.
Hansı trend xətləri vacibdir və hansılarına fikir verilməməlidir?
• Yalnız əsas dönüş nöqtələrinə diqqət yetirin (əsas hərəkətə qarşı qiymət sıçraışlarıı) və digərlərinə məhəl qoymayın.
• Ən azı iki əsas dönüş nöqtəsini birləşdirin.
• Xətti elə tənzimləyin ki, şamların kölgələri və ya onların gövdələri , xəttə maksimum qiymət toxunuşları olsun.
Budur trend xəttinə bir nümunə.
trend xətti, həmçinin dəstək və müqavimət səviyyələri kimi xüsusi səviyyələri deyil, qrafikdəki zonaları əhatə edir. Buna görə, potensial qiymət dəyişikliyinin mümkün sahəsini göstərmək üçün iki xətt çəkə bilərsiniz.
Bir dəfə çəkilib yerində qalan Dəstək və müqavimət səviyyələrindən fərqli olaraq, trend xətlərinin daimi tənzimlənməsi lazımdır. Bu, qiymət trend xəttini qırdıqda və sonra yenidən onun hüdudlarından kənara çıxdıqda baş verir. Bu halda trend xəttini elə tənzimləməlisiniz ki, o, son qiymət hərəkətinə uyğun olsun.
Trend xətlərindən necə istifadə edə bilərsiniz?
Trend xətləri cari trendin istiqamətini müəyyən etməyə kömək edir. Sizə lazım olan tək şey trend xəttini çəkməkdir. Əgər qiymət trend xəttindən yuxarıdırsa və trend xətti diaqonal olaraq yuxarıya doğru istiqamətlənibsə, o zaman trend yuxarıya doğru gedir. Eniş trendində isə bunun əksi olur.
Ancaq bu, hamısı deyil. Trend xətti bazar vəziyyət dəyişdikdə də sizi xəbərdar edə bilər. Bunun üçün trend xəttinin dikliyinə diqqət yetirməliyik.
Məsələn, əgər trend xəttiniz düzləşirsə, deməli bazarda konsolidasiya başlaır. Əgər trend xəttiniz daha da dikləşirsə, bu o deməkdir ki, trend daha da güclənir və ya kulminasiya nöqtəsinə yaxınlaşır).
Bazar şərtlərinin dəyişdiyini bilirsinizsə, ticarət strategiyanızı buna uyğun tənzimləyə bilərsiniz.
Trend xətləri bizə giriş nöqtəsini təyin etməyə kömək edir.
Yaxşı ticarət imkanları tapmaq istəyirsinizsə, trend xəttinə yaxın bir yerdən giriş nöqtəsi axtarmalısınız. Bu, daha sıx stop-lossdan istifadə etməyə imkan verəcək ki, bu da risk-mənfəət nisbətimizi yaxşılaşdıracaq.
Bir trend xəttini ,dəstək və ya müqavimət səviyyəsi ilə birləşdirsəniz, ən yaxşı giriş nöqtəsini tapacaqsınız.
Price action-dan ticarətə girmək üçün bir siqnal kimi istifadə etmək olar. Məsələn, pin-bar və ya “udma” modeli. Siz yalnız bazar trend xəttindən sıçrayıb uzaqlaşarkən ticarətə girəcəksiniz çünki trend çox güman ki irəliləməyə davam edəcək.
Trend xətti ticarət strategiyaları
Əgər Geridönüş çox güclü və dərin olduqda, trend xətti boyunca ticarət açmaq çətin ola bilər. Bazara çox erkən girsəniz, o zaman sop-loss işə düşəcəkdir. Əgər ticarətə çox gec girsəniz, hərəkətin əhəmiyyətli bir hissəsini əldən buraxacaqsınız. Buna görə də, trend xəttinin qırılmasından ticarət etmək yaxşı olardı.
• Deməli yüksəliş trendinin geri çəkilməsini gözləyirik.
• Dönüşlərin maksimumlarını birləşdirən trend xəttini çəkirik.
• Əgər qiymət maksimumlarda çəkilmiş trend xəttini pozarsa, ticarət açırıq.
Trend xəttindən istifadə edərək böyük hərəkətləri necə götürmək olar?
• Əvvəlcə trend xəttini çəkirik.
• Biz ondan stop-lossun yerini dəyişmək üçün istifadə edirik.
• Qiymət trend xəttindən kənarda bağlandıqda ticarətdən çıxırıq.
Trendin gücü dəyişdikdə bu metod işləmir və biz yeni trend xəttini çəkməli oluruq. Bu vəziyyətdə qazancınızı itirmək riski var.
Bir trendin dəyişəcəyini və güclənəcəyini necə müəyyən edə bilərik?
• Trend xətti getdikcə dik olur, demək olar ki, şaquli xəttə çevrilir.
• Şamların diapozonu böyüyür.
Belə hallarda stop-lossumuzu yeni trend xəttinin səviyyəsindən aşağı keçirə bilərik.
Bazarın dəyişdiyini bilmək üçün trend xəttindən necə istifadə etmək olar?
Siz trend xəttinin qırılmasını görürsünüz və düşünürsünüz: “Trend xətti qırıldığı üçün trend dəyişmək üzrədir”. Lakin sonra bazar böyüməyə davam edir və trend bərpa olunur.
Buna görə də, trend xəttinin qırılması trendin başa çatması demək deyil. Artıq bildiyimiz kimi, bazar trend xəttini pozmağa meylli olduğundan, trend xətləri müntəzəm olaraq tənzimlənməlidir.
Trend istiqamətində dəyişikliyi aşkar etmək üçün istifadə edə biləcəyimiz bir texnikadır:
• Qiymətin trend xəttini qırmasını gözləyirik.
• Sonra, biz daha aşağı maksimumun formalaşmasını gözləyirik (bu, alıcıların gücünün tükəndiyini göstərir).
• Əgər qiymət əvvəlki minimumu qırarsa, bazarın istiqamətini dəyişməsi ehtimalı var (yəni hazırda satıcılar vəziyyətə nəzarət edir).