Bu gün valyuta ticarətində qazanc əldə etmək imkanı ilə tanış olmayan bir insana rast gəlmək demək olar ki, mümkün deyil. Rast gəldiyimiz reklam materialları həmişə etibarlı məlumat vermir. Lakin onların arasında valyuta bazarının üstünlüklərinin tam mənalı izahlarını tapmaq olar. Gəlin baxaq görək Forex hansı perspektivlər açır və onun güclü tərəfləri birjanın digər sektorları ilə müqayisədə nələrdir.
Forex sərbəstlikdir!
Valyuta bazarının əsas üstünlüyü — sərbəst iş şəraitidir. Ticarət müəyyən bir yerə bağlı olmadığı üçün siz evinizdən rahatlıqla işləyə bilərsiniz. Tək tələb İnternet bağlantısının olmasıdır. Həftənin beş günü ticarət etmək mümkündür.
Hal-hazırda, hər bir broker mobil ticarət proqramları təklif edir. Bu tətbiqlər vasitəsiylə,mobil cihazdan ticarət etmək imkanı yaranır ki, bu da xüsusilə əlverişlidir. Çünki kompüter olmadan da bazara nəzarət etmək olur. Sərbəst iş şəraiti Forex-in əsas üstünlüklərindən biridir. Həmçinin demək olar ki, istənilən gün istirahət etmək imkanı mövcuddur. Bəzi hadisələr vacibdir, lakin bir il ərzində onlar o qədərdə çox olmur. Buna görə də treyderlər müəyyən bir gündə, hətta ticarət terminalı açmadan və qrafiklərə əməl etmədən öz istirahətinə vaxt ayıra bilər.
Forex bazarı, iştirakçılara öz ticarət üslublarını və risklərin idarə edilməsini seçmək üçün geniş imkanlar təqdim edir. Burada əsas məqamları vurğulamaq istərdim:
Seçim azadlığı. Hər bir treyder , ticarətə ayıracağı vaxtı, pul məbləğini, risk səviyyəsini və ticarət üslubunu özü seçir.
Ticarət Üslublarının Müxtəlifliyi. Bəziləri minimal risk və kiçik gəlirlərlə ehtiyatlı strategiyalara üstünlük verir, digərləri isə əksinə, aqressiv strategiya seçərək yüksək gəlir əldə etmək üçün böyük risklər götürürlər.
Avtomatlaşdırılmış Ticarət Strategiyaları: Öz ticarət alqoritmlərinizi yaratmaq üçün proqramlaşdırmadan istifadə Forex-də geniş yayılmışdır. Belə avtomatlaşdırılmış sistemlər 24/7 işləyə və treyderi daimi bazar monitorinqindən azad edə bilər.
Strategiya Testi: Ticarət strategiyalarını tarixi məlumatlara qarşı sınaqdan keçirmək bacarığı treyderlərə öz strategiyalarının effektivliyini qiymətləndirməyə və əsaslandırılmış qərarlar qəbul etməyə imkan verir.
Kommersiya Həlləri. Ticarətin avtomatlaşdırılması üçün nəzərdə tutulmuş kommersiya robotları və proqramları var ki, treyderlər öz strategiyalarını qurmadan, onlardan istifadə edə bilərlər.
Niyə Forex?
Forex bazarı yüksək likvidliyə malikdir. Bu, valyuta cütlərini qiymətlərinə əhəmiyyətli dərəcədə təsir etmədən tez bir zamanda almaq və ya satmaq , treyderlərə ticarətə girmək və çıxmaq üçün geniş imkanlar verir. Bu, böyük dövriyyə ilə bağlıdır, hər tərəfdən maraqlar on milyardlarla dollarla ölçülür.
1. Forex bazarı ticarət üçün valyuta cütlərinin geniş seçimini təklif edir ki, bu da treyderlərə müxtəlif bazar şəraitində mənfəət imkanları tapmağa imkan verir. Bundan əlavə, qiymətli metallar və indekslər kimi əlavə alətlərin əlavə edilməsi portfelin diversifikasiya imkanlarını artırır.
2. Sutka ərzində dayanmadan ticarət. Forex bazarı ticarət sessiyalarının coğrafi bölgüsü sayəsində həftənin beş günü, gündə 24 saat işləyir. Bu, treyderlərə onlara uyğun olan vaxtda ticarət etməyə və qlobal iqtisadiyyatda baş verən hadisələrə reaksiya verməyə imkan verir.
3. Çoxlu sayda broker: Forex bazarında müxtəlif maliyyə alətləri ilə ticarətə girişi təmin edən çoxlu brokerlər var. Bu rəqabət bazarı müştərilər üçün daha aşağı ödənişlər və daha yaxşı ticarət şəraiti yaradır.
4. Leverage (Kredit çiynindən istifadə): Bir çox Forex brokerləri treyderlərə nisbətən kiçik miqdarda kapitaldan istifadə edərək öz mövqelərini artırmağa imkan verən kredit çiyini təqdim edir.
Sosial şəbəkələrdə hal hazırda müxtəlif «ekspertlərin» tövsiyyələrinə baxmayaraq, hesabınıza 1000 dollar və 5000 dollar ya daha çox əlavə etmək heç də lazım deyil. Çünki yeni başlayanlara bu nəinki məsləhət deyil, hətta 100% deyərdim ki o pulları itirəcəksiniz dostlar(!). Hal hazırda minimum məbləğlə ticarət etməyə imkan verən xüsusi hesablar var, buna baxmayaraq onlar daha böyük məbləğlər üçün nəzərdə tutulan hesablardan praktiki olaraq heç bir şeylə fərqlənmirlər. «Sent» hesablar valyuta bazarının böyük bir üstünlüyüdür, çünki imkan verir ki hər bir kəs valyuta bazarında özünü «spekulyant» hiss etsin bunun üçün depozitin 10 dollar olması kifayət edir. Maraqlı bir fakt ondan ibarətdir ki, sent hesablarından istifadə edənlər adətən kifayət qədər yüksək səviyyədə mənfəət göstərirlər, bəlkə də bu, daha az psixoloji təzyiqin olmasıdır. Buna görə də, bir anda böyük həcmdə ticarət etməyə çağıranlara inanmamalısınız, bütün ticarəti hiss etmək, valyuta bazarının mənfi və müsbət cəhətlərini praktiki görmək üçün kiçik hesablardan başlamanız daha yaxşıdır.
Amma lap yeni başlayanlara — demo hesabda ticarət məsləhət görərdim. Bu, virtual depozit və ticarət prosesini tamamilə simulyasiya edən təlim hesabıdır. Burda sent hesabından fərq ondadır ki, burada ticarəti öyrənmək üçün minimum məbləğə belə ehtiyacınız yoxdur. Ümumi məlumat üçün, yani proqramı öyrənmək üçün ən yaxşı seçimdir. Addım-addım bunların hamısını öyrənəcəyik 😉