Forex dünyası, naməlum ərazilərin tədqiqi kimi, yeni gələnlər üçün çətin və əlçatmaz görünə bilər. Qrafiklərin çoxluğu, maliyyə alətlərinin müxtəlifliyi — bütün bunlar beyini qarışdırır bir sözlə. Yeni başlayan treyderlər çox vaxt məlumat bolluğuna düşərək haradan başlayacaqlarını bilmirlər.
Və nəticə — pul itkisi və məyusluq.
Buna görə də məqsədimiz sizi Forex dünyasında düzgün yola yönəltməkdir.
Dostlar, gəlin ən vacib şeydən başlayaq -foreksin əsaslarından. Forex bazarı nədir? Əvvəlki dərslərdə öyrəndiyimiz kimi, bu, sadəcə valyuta mübadiləsi üçün bir yer deyil. Bu, hər bir mübadilə olunan valyutanın ,böyük maliyyə okeanına töhfə verdiyi unikal bir mühitdir. Təsəvvür edin ki, bir gündə nə qədər sövdələşmə baş verir? Bəli, milyon dəfələrlə, bu inanılmazdır!
Bazarda baş verən hadisələrin hamısı vəsaitin daimi axınından asılıdır. Valyuta məzənnələri yüksələrək, aşağı düşərək, dalğalar yaradaraq bu vəziyyətdən necə qazanmağın yollarını bilənlər üçün unikal imkanlar yaradır. Bununla necə pul qazanmaq olar? Çox sadə — valyutanı ucuz alıb, o bahalaşanda daha sərfəli qiymətə satmaq. Forex bazarının bütün fəlsəfəsi budur.
Treyderlər sadəcə «mübadilə nöqtələrində» duran insanlar deyil. Onlar düzgün qərarlar vermək üçün müxtəlif vasitələrdən,alətlərdən istifadə edən maraqlı oyunun iştirakçılarıdır. Texniki və fundamental analiz, kapital idarəetmə, ticarət psixologiyası, planlar və statistika — budur onların aləti!
Amma dostlar, siz hisslərinizə, emosiyalarınıza nəzarət etməsəniz və ticarət planına ciddi riayət etməsəniz heç bir vasitə işləməyəcək. Bu ticarət dünyasında uğur qazanmağın yoludur.
Indi hər bölmə haqqında qısaca danışaq. Fundamental analizdən başlayaq.
Fundamental analiz
Bu təhlil növü sizə həm ayrıca bir ölkənin, həm də bütün dünya iqtisadiyyatının iqtisadi vəziyyəti haqqda məlumat verir. Burada mürəkkəb qrafiklərə ehtiyac yoxdur, siqnallar aydın şəkildə bilinir. Məsələn, əgər işsizlik artırsa, valyutanın məzənnəsi təbii ki, aşağı düşür. Səbəb isə odur ki, işsizliyin artması ilə istehsal azalır və ölkə az qazanır.
Fundamental analizi mənimsəmək üçün treyderin böyük bir elmə ehtiyacı yoxdur. Yeni başlayanlar üçün foreks ilk baxışdan göründüyü qədər mürəkkəb deyil. Sadəcə xəbərləri izləyin. Yeganə çatışmazlıq burda: xəbərlərin o qədər də tez-tez çıxmamasıdır, çünki ölkə iqtisadiyyatı hər gün dəyişmir. Buna görə də fundamental analizdən istifadə edən treyderlər adətən, uzunmüddətli ticarətə üstünlük verirlər.
Texniki analiz.
Texniki təhlilin əsası bazarda qanunauyğunluqların tanınmasıdır. Burada bir şeyi başa düşmək vacibdir ki, bütün dəyişikliklərə, dalğalanmalara baxmayaraq, bazar tarixi həmişə təkrarlanır və proseslər dövri xarakter daşıyır. Qiymət hərəkətləri həmişə geri dönən qanunlara tabedir. Bu işdə qrafiklər bizə kömək edir.
Ilk baxışdan, texniki təhlildən istifadə edərək yeni başlayanlar üçün Foreks ticarəti çətin görünə bilər. Lakin təcrübə və bazar anlayışı ilə siz asanlıqla qanunauyğunluqları ayırd etməyi oyrənəcəksiniz.
Qeyd etmək vacibdir ki, texniki və fundamental təhlili birləşdirsək ticarətin məhsuldarlığı xeyli artacaq.
Kapitalın idarə olunması.
Deməli treyder hər iki növ təhlili öyrəndikdən sonra, onları ticarətdə müvəffəqiyyətlə tətbiq etməyə başlayır və qazanc əldə edir. Bu zaman vacib cəhətə — kapitalın idarə edilməsinə diqqət yetirmətin vaxtı gəlir. Hər bir treyder açdığı bütün əməliyyatlarda, hansı riskləri qəbul etməyə hazır olduğunu müəyyənləşdirmək vacibdir. Təcrübəli treyderlər burada əsl risk ustalarıdır. Təcrübə yığdıqca intuisiyada gəlir, bu da nə vaxt risk etmək, nə vaxt riskdən çəkinməkdə kömək olur.
Kapitalın idarə edilməsi yalnız lotun həcminin və faiz hesablanması deyil. Bu, yalnız planların deyil, həm də ambisiya və ehtiyatlılıq arasındakı daxili balansın vacib olduğu — riskləri idarə etmək sənətidir. Çünki, kapitalın düzgün idarə olunması bazarın dəyişkən şəraitində də vəsaitin qorunmasına kömək edir.
Plan və statistika.
Indi ticarət planından və əməliyyatların statistikasından danışaq. Məhz bunlar treyderin öz ticarətini təkmilləşdirməsi üçün əvəzolunmaz alətlərdən biri sayılır. Sizə tövsiyyəm o idi ki hər sövdələşmə zamanı bütün emosiyalarınızı, nə hiss etdiyinizi diqqətlə izləyib qeyd edin. Hər hansı bir əməliyyatı niyə açdığınız ilə bağlı bütün analizləri daxil edin.
Ticarət planı sizin Forex bazarında etibarlı bələdçinizdir. Onun dəqiq məqsədləri, strategiyaları və qaydaları olmalıdır. Bu bir növ Maliyyə bazarlarında istiqaməti bilmək üçün bir xəritədir.
Əməliyyatların statistikası sizin uğurlarınız və səhvlərinizin qeydidir. Burada hər bir əməliyyat öyrənmək üçün dərsdir. Uğur və səhvlərinizə tədris prosesinin bir hissəsi kimi baxın. Yadınızda saxlayın ki, əm yaxşı müəllim – təcrübədir.
Bazar sizə sabitliyi, diqqətli olmağı öyrədəcək, burada əldə edəcəyiniz düşüncə tərzi isə yalnız Forex valyuta bazarında deyil, həyatda da vacib qərarlar verməyə kömək edəcəkdir.